Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 278 nəfər ölüb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 14 497 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 22 253 nəfər sağalıb, ağır xəstə sayı isə 2 975 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 059 433 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4 766 124 nəfər sağalıb, 43 311 nəfər isə ölüb.

Müstəqil.Az

Share: