Blinken: İsrailə hücumlar dərhal dayandırılmalıdır

İsrailə raket hücumları dərhal dayandırılmalıdır.

Müstəqil.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, Blinken bütün tərəfləri gərginliyin azaldılması üçün tədbir görməyə çağırıb:

“Biz İsraildəki, İordan çayının qərb sahilindəki, Qəzzadakı situasiyaya diqqətimizi yönəltmişik və buradakı raket atışlarından dərin narahatıq”.

Qeyd edək ki, bundan öncə HƏMAS İsrailə 200 raket zərbəsi endirib, qarşılığında İsrail Qəzzada 140 hədəfi məhv edib.

Müstəqil.Az

Share: