Məşhur fenomenin meşədə cəsədi tapıldı

Bir aydır itkin olan rusiyalı sosial şəbəkə fenomeni Kristina Juravlevanın öldüyü məlum olub.

Müstəqil.Az rus mediasına istinadən xəbər verir ki, 28 yaşlı məşhurun cəsədi Yekaterinburq yaxınlığındakı meşədə tapılıb. Ərazidən keçən bir “TIR” sürücüsü fasilə vermək üçün dayandığı zaman onu görüb.

Meyidin ona aid olmasının müəyyən edilməsinin 2 həftə çəkdiyi açıqlanıb. İlkin məlumatlara görə, Kristinaya zorla narkotik verilib.

Müstəqil.Az

Share: