İtaliyan baş nazir üsyan etdi: Avropa belə olmamalıdır!

Avropa xəyalı – elə etmək lazımdır ki, heç kim geridə qalmasın.

Müstəqil.Az xəbər verir ki, bu sözləri İtaliya Baş naziri Mario Draqi Avropada artan sosial bərabərsizliyi tənqid edərkən deyib.

“Hətta pandemiyaya qədər bizim cəmiyət, əmək bazarı nəsillər, cinslər və bölgələr arasında bərabərsizlik baxımından parçalanmışdı. İtaliya və Avropa belə olmamalıdır. Sosial siyasətdəki problemlər Avropa Birliyinin inkişafının qarşısını alır”, – deyə Draqi bildirib.

İtalyan baş nazir, həmçinin “ikili bazarlar” sistemindəki ədalətsizliyi göstərərək qeyd edir ki, bu, əhalinin həssas təbəqələri – gəncləri və qadınları təhlükə altına qoyur.

Kamran Ədalət

 

Share: