“Erməni qartalları” NATO-ya savaş “elan etdi”

II Qarabağ müharibəsində iştirak edən “Erməni qartalları” könüllü dəstəsi NATO-ya qarşı Rusiyanın ordusunun tərkibində mübarizə aparmağa hazırdır.

Müstəqil.Az xəbər verir ki, bunu Erməni Qartalları Vahid Ermənistan Partiyasının sədri, könüllü dəstənin rəhbəri polkovnik Xaçik Asryan deyib.

“NATO müstəqil xalqları, suveren dövlətləri məhv edir, Ukrayna vasitəsilə erməni xalqının çoxəsrlik dostu, yeganə müttəfiqi Rusiyaya qarşı hərbi fəaliyyətlər hazırlamağa cəhd edir. Bu, “Ukraynanı müdafiə edirik” şousu altında verilir”, – deyə o bildirib.

Müstəqil.Az 

Share: