“Zəfər” gəmisinin qazi matrosu Elşən və onu qəhrəman  oğlu…

Vətən müharibəsində qəhrəman kimi çarpışan qəhrəmanlarımızdan biri də Şirinli Mustafa Elşən oğludur. Mustafa 44 günlük müharibədə könüllü olaraq vuruşub. Xocavənd, Qubadlı, Zəngilan və Laçın istiqamətində vuruşlarda olub.

Düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində əsl qəhrəmanlıq göstərib. Döyüş yoldaşları, komandirləri Mustafanın atasına oğlunun qəhrəmanlığı haqda ağız dolusu danışırlar, halal olsun belə oğula deyirlər. Mustafa Elşən oğlunun necə döyüşçü olması haqda təltif oluinduğu medallar da öz sözünü deyir.

Belə ki, qəhrəman qazimiz Mustafa Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Xocavəndin, Laçının  Qubadlının və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub.


Mustafanın atası Elşən oğlunun qəhrəmanlığından eşitdikcə sevinc hisslərini gizlədə bilmir, oğlum mənim arzusunda olduğum qələbəni bizə yaşadan əsgərlərimizdəndir, deyir. Mən xoşbəxt atayam ki, bir vaxtlar mənim istədiylərimi oğlum gerçəkləşdirdi.
Axı Elşən özü də müharibə veterandırır

Mustafanın atası Qasımov Elşən Şirin oğlu 1971-ci ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub.

Elşən sağda. 1992-ci il

1991-ci ildən XDND də matros olaraq çalışır. Bizimlə söhbətində məlum olur ki,   1992- ci ildə könülü olaraq Qarabag döyüşlərinə qatılıb. Bir çox döyüşlərdə iştirak edib. 1996-cı idə Ordudan təxris olunub, yenidən doğma kollektivə qayıdıb.

Elşən Qasımov bu gün

Elşən deyir ki, düşmənlə birinci Qarabağ savaşında da odumuz əzmkarlıqla döyüşdü, düşmənə layiqli cavab verirdi. Amma təəssüf ki, torpaqlarımızın işğalı ilə nəticələndi. Ordumuz düşmənlə müqayisədə demək olar ki, əliyalın idi. Düşmənin hərbi təchizatı və tərəfarlarının köməyi ilə 30 ilə yaxın bir müddətdə torpaqlarımız işğal altında qaldı. II Qarabağ savaşı başlayanda, Oğlum döyüşlərə qatılanda illərlə içimdə gəzdirdiyim utanc hissində azad olunmağa başladım. Bu müharibə buyndan qabaqkı müharibəyə bənzəmirdi, elə Ali Baş komandanımızın da qətiyyəti ayrı idi, biz qalıb gəlməliyddik və gəldik də…

 

Hal hazırda “Zəfər” ğəmisində matros vəziyfəsində işləyən Elşən ailəsi ilə birlikdə Xırdalanda kirayədə yaşayır. Haqqında bəhs etdiyimiz qəhrəman oğlu  işsizdir. İxtisasca sürücü olan Mustafa evsizliyin və işsizlin gətirdiyi fəsadlar görə şəxsi həyatında da bəzi məsələləri yoluna qoya bilmir.

Faiq Balabəyli

 

 

 

Share: