Escort Paris pornmaxi.com pornblu.com

Sizi sevməyən insan necə görünür?

Məşhur psixoloq əsas əlamətləri açıqlayır

Anna Kiryanova Rusiyada ən yaxşı psixoloqlardan biri kimi tanınır. Eyni zamanda, bir çox insan Kiryanovanı həm televiziya aparıcısı kimi, həm də kitabların, məqalələrin, qeydlərin və hətta şeirlərin müəllifi kimi tanıyır. Bu gün sizə Anna Kiryanovanın “sevilməməyin” nə ilə əlaqəli olduğuna dair bir qeydini bölüşmək qərarına gəldik.
Sevgisizlik – Heç nəyə müdaxilə edə bilmədiyiniz zaman…
Danışmaq, gülmək, qucaqlamaq olmursa və ya keçirdiyiniz hiss və həyəcanlarınızdan danışa bilmirsizsə – “bunlar axmaq şeylərdir”. Bir şey istəyə bilməzsiniz – “indi çətin bir vəziyyət olduğunu başa düşməlisiniz”. “Ümumiyyətlə, buna nə gərək var? Yetişkin insanlar heç kimin köməyinə bel bağlamadan, müstəqil şəkildə öz sorunlarının öhdəsindən gələ bilməlidi”. Hətta beş yaşında olsanız belə.. Bu artıq hörmətli bir yaşdır. Yox əgər otuz beş yaşındasızsa demək ki, artıq qocasız. “Belə bir mötəbər yaşda bu nə geyimdi?.”
Sevgisizlik – Xüsusilə tənqid etmir və eyni zamanda tərifləmirsə, sizin fərqinizə varmırsa. Sizə yaxın biri ilə yemək yediyiniz zaman rahat deyilsizsə…Sizə çox yediyinizi söyləyirsə. Və ya hazırladığınız yeməyi yeyib heç nə demirsə. Təmizlik zamanı sərf etdiyiniz səyləri görmür və ya bir vazaya çiçək qoymanızı hiss etmirsə.
Sevgisizlik – heç nəyə icazə yoxdursa… “qıcıqlandırdığın” zaman, “mane olduğun” zaman, “burnunu hər şeyə soxduğunda”, “saçmaladığın zaman”, “baş-beyin apardıqda”, “zəhlə tökdükdə” bir küncdə sakit otur və gəzintiyə aparılmağını gözlə. Çırpınma, zingildəmə, ulama, deyinmə – sakit otur və gözlə. Hər hansısa bir durumda müdafiə etməyib “öz günahındır” deyirlərsə…
Sevgisizlik – Heç nə hədiyyə etmirlərsə.
Sevgisizlik – Sənə pul xərcləməyə qıymırlarsa. Bu nifrət deyil. Bəzən ondan daha pisdir, çünki adətən nifrət edirlərsə bu nəyəsə görə olur. Misal üçün sizə qarşı hansısa paxıllıq və ya qısqanclıq və s. O zaman tərk edə bilər və ya dəyişiklik edə bilərsiniz. Və elə-belə sevmirlər. Hərçənd deyirlər: “hə, sevirəm səni, yalnız açıl başımdan (əl çək), yenə öz hayındasan!” Bəli bu – sevgisizlikdi. Bundan insanlar ölürlər. Xüsusilə müdafiəsiz, həssas olan yetişkin insanlar, yaşlılar, uşaqlar və itlər. Sevilməmək bir insanı utancaq, yöndəmsiz, əzilmiş və çirkin edir. Sevilməyənlər: hər şeyi korlamaqdan, qarışdırmaqdan, gərginləşdirməkdən qorxar… Bu durumda ediləcək bir şey yox; əgər gücünüz varsa – heç olmasa dəstədəki son çiçək də solmadan uzaqlaşın. Və ya heç olmasa aydın şəkildə başa düşün – bu sevgisizlikdir. Sevgi deyil.
Çeviri: Günel Dəniz
mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet
- Anadolucasino