Türkiyənin ilk kosmonavtı

Prezident Rəcəb Tayyib Ərdoğan istəyir ki, Türkiyədən kosmosa ilk olaraq qadın uçsun.

Bunu “Anadolu” agentliyinin redaktor masasında qonaq olan sənaye və texnologiya naziri Mustafa Varank deyib.

“Prezident Rəcəb Tayyib Ərdoğan kosmosda ilk Türkiyə vətəndaşının qadın olmasına tərəfdardır. Biz orbitə ölkənin bu missiya üçün ən uyğun sakinini göndərəcəyik”, – deyə nazir söyləyib.

Varank qeyd edib ki, Türkiyə Kosmik Agentliyi texnoloji inkişafın yeni mərhələsinə çıxmağa şərait yaradan və kosmik iqtisadiyyat sahəsində imkanlar açan proqram hazırlayıb.

Xatırladaq ki, dünən Türkiyənin Milli Kosmos Proqramının təqdimatı keçirilib. Proqramın hədəflərini açıqlayan Rəcəb Tayyib Ərdoğan Ankaranın 2023-cü ildə Aya kosmik gəmi göndərmək niyyətində olduğunu bəyan edib.

Müstəqil.Az

zenci porno izle

Share: