Azərbaycan Silahlı Qüvvələrinə nəzərdə tutulduğundan 36 faiz çox pul xərclənib

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilən 3787,5 mln. manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4426,8 mln manat vəsait ayrılıb.

Müstəqil.Az bildirir ki, Azərbaycanın 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda belə deyilir.

Qeyd olunub ki, bu da 2019-cu illə müqayisədə 1072,6 mln. manat və ya 36,1 faiz çoxdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

Müstəqil.Az

porno izle

Share: