Ermənistan müxalifəti ümumxalq etiraz aksiyası keçirəcək

Ermənistanın 17 müxalifət partiyasını birləşdirən “Vətənin xilası uğrunda hərəkat” baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 18-də bütün ölkədə etiraz aksiyasının keçiriləcəyini bəyan edib.

Müstəqil.Az bildirir ki, bu barədə hərəkatın Facebook səhifəsində məlumat verilib.

Məlumata görə, ötən gün hərəkatın liderinin rəhbərliyi ilə iclas keçirilib, böhrandan çıxmaq üçün yol xəritəsi təqdim edilib, Ermənistanın bütün siyasi qüvvələrinə bu sənəd əsasında razılığa gəlmək təklif olunub.

Tədbirdə ümumxalq mitinqinin keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə edilib. Hərəkatda hesab edirlər ki, Milli Məclisə növbədənkənar seçkilər yalnız Paşinyanın istefasından və keçid hökumətinin formalaşdırılmasından sonra keçirilə bilər.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ