Hökməli qəsəbəsində həyət evində yanğın olub

Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Müstəqil.Az-a verilən məlumata görə, ümumi sahəsi 140 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müstəqil.Az

Share: