25 günlük döyüş yolu… Şəhid Toğrul Hacıyev haqqında – Əntiqə Qonaq yazır

Şəhidim-and yerim!

 25 GÜNLÜK DÖYÜŞ YOLU

Birincilik, liderlik onda sadəcə həvəs olmayıb. Buna can atmayıb da. Amma içdən gələn, qana bağlı bəzi xüsusiyyətlər var ki, onları gizləmək mümkün deyil, vulkan kimi püskürərək üzə çıxır. Toğrul ta uşaqlıqdan belə olub. Mükəmməl, öndə gedən, vətənsevər, işin ən ağırından yapışan.

Hacıyev Toğrul Siyavşah oğlu haqqındadı bu hekayə. Oxuduğu Göyçay rayon Çayarxı kənd orta məktəbinin gözətçisi və xadiməsi olan ata-anasının ortancıl övladı idi. Ailədə iki qardaş, on bir ildən sonra dünyaya gələn Arzu bacıları bərabər böyüyüblər. Halallıqla yoğrulmuş bu ailədə Siyabşah ata, Reyhan ana onları doğru-düzgün, vicdanlı, böyük-kiçik yeri bilən, vətənpərvər, qürurlu və mərd böyütmüşlər. Böyük qardaş Şakir anadan sağlam doğulsa da, həkimin səhvi ucbatından ayağında və diğər orqanlarında qüsur yaranıb. Bu üzdən əsgəri xidmətə çağırılmayıb. Toğrul isə boy-buxunlu, sağlam bədənli idi. Əsgərliyini 2009-2010-cu illərdə 888 saylı hərbi hissənin tank taborunda keçmişdi. Evə gələrkən nümunəvi xidmətinə görə komandanlığın ona yazdığı  Fəxri fərmanları, tərifnamələri də özüylə gətirmişdi. Sanki bununla valideynlərinə demək istəyirdi ki, baxın, hər yerdə sizin başınızı uca, üzünüzü ağ edirəm.

Toğrul 1997-2006-cı illərdə Çayarxı kənd ümumi orta məktəbdə 9 illik təhsil aldıqdan sonra rayondakı 106 saylı peşə məktəbinə daxil olur. Əsgəri xidmətdən qayıtdıqdan sonra isə Aznar zavodunda traktorçu işləyirdi. Ailə qurmuşdu sevib-seçdiyi Gülnarə xanımla. 2017-ci ildə Ləman, 2019-cu ildə isə Tunar dünyaya gəlmişdi. Həyat eşqi coşub daşırdı. Çox zarafatcıl idi, deyib-gülən, əyləncəli, gəzməyi xoşlayan, dostlarına önəm verən biri idi. Hamının sevimlisi idi.

Toğrulun qonşusu, 90-cı illər Qarabağ savaşının qəhrəmanlarından, OMONnun sıralarında ermənilərə qan udduran, yaxından tanıdığım Elçin Rəsulov deyir:

-Toğrul hər dəfə məni görəndə döyüş yolumdan danışmağımı xahiş edirdi. Döyüşün ən kiçik epizodlarını belə çox maraqla dinləyirdi. Silahlardan, hücumlarımızdan, düşməni necə məhv etməyimizdən, şəhid yoldaşlarımızadan və s. suallar verirdi. Aprel döyüşləri zamanı hərbi səfərbərlik xidmətinə gedərək adını könüllü yazdırmışdı. Amma çağırılmadıqda çox məyus olmuşdu. Sentyabrın 26-da kəndimizdən bir-neçə nəfər səfərbər olmuşdu. Toğrul onlara ürək-dirək verərək deyirdi ki, heç nədən qorxmayın. Düşmənin üzərinə elə gedin ki, vahimədən ürəkləri partlasın. Siz ölümü yenməlisiz. Qorxaqcasına, həyəcanla döyüşə girmək olmaz. Vətən hər şeydən öncədi. Biz oğullar dar gündə Vətəni qorumasaq dik yeriməyə haqqımız belə olmaz. Elə bil uzun bir döyüş yolu keçmişdi Toğrul. Danışıqlarından sezilməzdi ki, onun heç döyüş təcrübəsi yoxdu…

Qardaşı Hacıyev Şakir:

-Sentyabrın 28-də axşam saat 10-da evə yüksək əhval-ruhiyyədə gəldi. Sevinə-sevinə dedi ki, mənə də səfərbərlikdən çağırış gəldi. Sabah müharibəyə gedirəm. Vətən qarşısındakı borcumu ödəməyə. Ailədə hamı təlaşlanmışdı, həyəcan içərisində idi. Anamın, atamın, həyat yoldaşının, elə mənim də gözlərimiz dolmuşdu. Amma bunu ona sezdirməməyə çalışırdıq. Toğrul isə əksinə, elə bil toya, bayrama gedirdi. Əhval-ruhiyyəsi elə yüksək idi ki… Səhəri onu  yola saldıq Ağcabədiyə. Ordan da Beyləqana və sonra həmlə-kəşfiyyat qrupunun tərkibində ön cəbhəyə yollandı. Biz Elçin Rəsulovla bir neçə dəfə cəbhə bölgəsinə yardım apardıq. Amma bir dəfə də olsun Toğrulu görə bilmədik. Ön mövqedədir,- dedilər. Toğrulun adını çəkən kimi tanıyırdılar. Hacıyev Toğrulu deyirsiz, canavar ləqəbli o igid oğlanı. Qorxmazlığına, liderlik xüsusiyyətlərinə görə ona canavar Toğrul deyirdilər. Komandiri deyir ki, Toğrul beşcə gündə özünü necə lazımdısa elə də göstərdi. Təpədən dırnağa vətənpərvər oğul idi. Dostcanlı idi, ən əvvəl yoldaşlarını düşünürdü. Yemək yeyəndə belə gözləyirdi ki, əvvəl yoldaşları yeyib doysunlar, sonra qalanı özü yeyirdi. Məhz bu xüsusiyyətlərinə görə də, Toğrulu özlərinə başbilən, böyük seçmişdilər. Müharibədə olduğu bir ayadək müddət ərzində çox yaxşı ad çıxarmışdı. Toğrul bir nəslin, bir elin başucalığı idi.  Onu igidliyinə və hərbi səriştəsinə görə xüsusi təyinatlılar dəstəsinə dəvət etmişdilər. Bir çox çətin əməliyyatlara onlarla birgə getmişdi Toğrul. Elə bil hər yerdə, hər şeydə birinciliyə can atırdı. 70 nəfərlik dəstə içərisində seçilənlərdən olmuşdu.

Toğrulla bərabər Göyçay rayonundan daha 4 nəfər döyüşürdü. Onlar müharibəyə gedən ilk gündən sonadək bərabər olmuşdular. Onlar Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və onların kəndləri uğrunda gedən qanlı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərmişlər. Yaralı yoldaşlarına yardım edərək onları döyüş zonasından çıxararaq təcili yardım maşınlarına çatdırmışlar. Yeri gələndə elə güllə yağışının altındaca yaralılara ilk tibbi yardımı göstərmişlər.

Oktyabrın 25-də Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi uğrunda qızğın döyüşlər gedirdi. Onlar 4 saatadək mühasirə vəziyyətində düşmənə müqavimət göstərmişlər. Qüvvələr nisbəti bərabər olmadığından döyüşə-döyüşə mühasirəni yararaq mövqelərimizə çəkilmişlər. Göydən yağış kimi yağan güllələrin altında sağ qalacaqlarına inamları çox azalmışdı. Toğrul yoldaşlarına deyirmiş ki, əsla əsir düşməyin, son güllənizi özünüzə saxlayın. Bu döyüşdə Toğrul ağır qəlpə yarası alır. Onu döyüş meydanından Göyçayın Şahsoltanlı kəndindən olan Məmmədov Asif Hikmət oğlu çıxarır. Təəssüf ki, onu tibbi yardım maşınında xəstəxanaya çatdırmaq mümkün olmur. Şəhadətə yüksəlir. Onun 25 günlük döyüş yolu oktyabrın 25-də tamamlanır. Təəssüf ki, şəhidliyi ilə…

Fevralın 4-də Toğrulun 30 yaşı olacaqdı. Doğmaları onun ad gününü təbrik edəcək, qızları atalarının boununa sarılaraq onu xoşbəxtlikdən göylərin yeddinci qatına çıxaracaqdılar. Amma olmadı. Mənfur düşmən daha zalım çıxdı. Toğrul və onun kimi yüzlərlə gəncimizin həyatlarını yarımçıq qoydu…

Toğruldan sonra onun yaxşı əməlləri və qazandığı gözəl adı qaldı. Bir də Ləman və Tunarı…Bir də gözü yaşlı qoyduğu həyat yoldaşı… ata-anası, bacı-qardaşı…qohumları…dostları…onu tanıyanlar və qəhrəmanlığı haqqında eşidənlər…qədirbilən xalqımız… Çünki, Toğrul və onun kimi şəhidlik zirvəsinə yüksələnlər ölmürlər, əbədiyaşarlıq qazanırlar…

Ölümündən sonra Hacıyev Toğrul Siyabşah oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda”, “Füzulinin azad olunması uğrunda”, “Şəxsi igidliyə görə” medalları ilə təltif olunmuşdur. Bu təltiflərin sayı arta da bilər. Və bu mükafatlar Toğrul və onun kimi şəhidlərimizi aramıza qaytarmasa da, onların müqəddəs ruhlarının şad olmasına səbəbdi. Nur içində uyuyun gül üzlü şəhidlərimiz… Xalqımız durduqca siz də qəlblərdə olacaqsınız.

 

Əntiqə Qonaq, əməkdar jurnalist

Müstəqil.Az

Sin descripción disponible.

Sin descripción disponible.

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet