Həmyerlimiz mötəbir şahmat turnirinin finalında.

Azərbaycanlı beynəlxalq qrossmeyster, dünya şahmat kubokunun sahibi Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində təşkil olunan “Airthings Masters” turnirində uğurlu çıxışını davam etdirməkdədir.

Müstəqil.Az xəbər verir ki, o,  dörddəbir final mərhələsində Rusiya çempionu Yan Nepomnyaşini məğlub etdikdən sonra növbəti yarlmfinal mərhələsində dünya çempionu Maqnus Karlsona qalib gələn güclü rus şahmatçısı Daniil Dubovla üz-üzə gəlib.

Həmyerlimiz bu qarşılaşmadan da üzüağ çıxıb: 3-1 və 2-0. Mükafat fondu 200 000 ABŞ dolları olan turnirin final mərhələsində Teymur Rəcəbovun rəqibi dünya şahmatçılarının reytinq cədvəlində onunla birlikdə ilk onluğu bölüşdürən erməni idmançı Levon Aronyan olacaq.

Ramil Əkbərov

Share: