Rusiyada Türkiyə qorxusu: Ərdoğan “Tək millət, beş dövlət” planına keçib

Rusiyada Türkiyə qorxusu getdikcə artır. Mətbuatda “Birləşmiş Türk Ordusu” barədə versiyalar müzakirə edilməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın müxtəlif xəbər saytlarında Türkiyənin Qazaxıstan, Türkmənistan və Özbəkistanı da özünə Azərbaycan qədər yaxınlaşdırmağa çalışdığı yazılır. Ankaranın bütün türkdilli dövlətləri Turan Birliyi şəklində bir dam altında birləşdimək istiqamətində irəlilədiyi vurğulanır.

Ötən həftə istefada olan general Leonid İvaşov Rusiya mətbuatına açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan da daxil olmaqla “Turan Ordusu” yaratmaq planlarından danışıb. Bu açıqlamanın ardından Rusiya mətbuatında və düşüncə mərkəzlərində təşviş müşahidə olunur.

 

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

 

Türkiyənin dəstəyi ilə Azərbaycanın Rusiyanın himayə etdiyi Ermənistana qarşı qələbə qazanması türkdilli dövlətlərdə canlanma yaradıb. Orta Asiyanın türkdilli dövlətləri də artıq Rusiyanın təsirindən qurtulmaq üçün Türkiyəyə ümid yeri kimi baxırlar.

Rusiya mətbuatının yazdığına görə Qazaxıstan, Türkmənistan və Özbəkistanda cəmiyyətə “Tək millət, beş dövlət” şüarı təqdim edilir. Bu ölkələrin cəmiyyətləri də Türkiyə ilə hərbi ittifaqa isti yanaşırlar.

“Moskovskiy Komsomolets” qəzetinə açıqlama verən analitiklər də “Bir millət, beş dövlət” formulunun nağıl deyil, reallıq olduğunu düşünürlər. Onların fikrincə, bu ölkələrin xalqları arasında Türkiyənin və xüsusi olaraq Ərdoğanın nüfuzu böyükdür.

Son vaxtlar Rusiya və Qazaxıstan arasında yaşanan diplomatik qarşıdurmadan sonra Türkiyənin fəallaşdığı bildirilir. Xatırladaq ki, bir sıra Rusiya deputatları Qazaxıstanın şimalının Rusiya əraziləri olduğunu bildirmişdilər və Astana da buna sərt reaksiya vermişdi. Qazaxıstan cəmiyyəti isə bir daha əmin olub ki, Rusiya güvəniləcək bir “dost” deyil. Bu qalmaqal təkcə Qazaxıstanda deyil, həmçinin Özbəkistan və Türkmənistanda da “dostumuz kim, düşmənimiz kim” sualını gündəmə gətirib.

Rusiya analitikləri isə hesab edirlər ki, Ərdoğan Moskva-Astana gərginliyindən məharətlə istifadə edir. Onların fikrincə, Azərbaycanın qələbəsi bir daha göstərdi ki, Türkiyə real gücdür və Orta Asiyaya göz dikəcəyi şübhəsizdir. Bu məsələdə ABŞ və NATO da Türkiyənin tərəfində olacaq. Qərb hesab edir ki, Qafqaz və Orta Asiya Rusiyanın nəzarətində olmaqdansa, Türkiyənin nəzarətində olsun.

 

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

 

Qazaxıstanın Türkiyədən “Bayraktar” dronları almaq üçün danışıqlara başlaması isə prosesin başladığını göstərir. Rusiya mediasının yanaşmasına görə, Ankara öz dronları ilə birlikdə ozünün “Tək millət, beş dövlət” ideyasını və birləşmiş “Turan Ordusu” perspektivini də Orta Asiyaya gətirəcək.

Share:

Author: Müstəqil AZ