Fransa balıqçılar üçün dəstək planı hazırlayıb

Trend-in məlumatına görə, bu barədə France-Presse agentliyi bildirib.

Dəniz İşləri naziri Annik Jirarden bildirib ki, balıqçılar və dəniz məhsulları topdan satıcıları Britaniya sularında balıq məhsulu tutmaqdan asılılıq dərəcəsinə uyğun olaraq 30 min avroya qədər maliyyə yardımı ala biləcəklər:

“Yaxın zamanda hökumət balıqçılara dəstək üçün tam bir plan təqdim edəcək”.

Agentliyin bildirdiyinə görə, plan məhdud müddət ərzində Britaniya sularında balıq tutmaqdan asılı olan şirkətlərin ziyanlarının bir hissəsinin ödənilməsini təmin edəcəkdir.

Müstəqil.Az

Share: