“Paşa” ləqəbli qazi evinə döndü – Böyük coşqu ilə qarşılandı/VİDEO

Düşməni yalnız qorxmazlığı ilə deyil, cüssəsi ilə də vahiməyə salan “Paşa” ləqəbli qəhrəman Allahşükür Qasımov dünən qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb. İgid hərbçinin sağ-salamat qayıtması doğmaları ilə bərabər rayon sakinlərinin də böyük sevincinə səbəb olub.

Doyüş meydanında düşməni lərzəyə salan Allahşükür Qasımov Cəlilabadda böyük coşqu ilə qarşılanıb.

Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb. Boy-buxunu, cüssəsi ilə düşmənin canına od salan Allahşükürün vətən müharibəsində göstərdiyi şücaət həmyerlilərinin qəlbini qürur hissi ilə doldurub. Danışılası, bölüşəsi məqamlar, xatirələr yetərincədir. Axı qəhrəmınımız Fizuli, Cəbrayıl və nə zamansa alınmaz qala sayılan Şuşanın geri qazanılmasında böyük rəşadət göstərib.

Bu da müzəffər əsgərimizin atası Simran Qasımov deyir ki, oğlum üzümüzü ağ elədi, düşmənin qarşısında igid kimi döyüşərək, torpaqlarımızın azad olunmasında iştirak etdi.İndi ailə ikiqat sevinc hissi yaşayır. qarabağın azad olmasına sevinən valideynlər bir də ovladlarının sağ-salamat qatyıtmasına görə özlərini dünyanın bəxtəvəri sayırlar.

 

 

Sosial mediaya Paşa kimi səs salmiş qəhrəmanımız artıq evdədir. Savaşın səs-küyündən, barıt qoxusundan uzaqda. Amma artıq onu ömür boyu müşayiət edəcək zəfər sevincinin tam içində!

Müstəqil.az Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Share: