Tixanovskaya: Elə bilirdim, Avropa böyük, liderləri güclüdür…

Avropa Belarusdakı situasiya ilə bağlı yalnız öz narahatlığını ifadə edir, amma reallıqda heç nə edə bilmir.

Müstəqil.Az xəbər verir ki, bunu Belarus prezidentliyinə eks-namizəd Svetlana Tixanovskaya deyib.

“Mən adi insan olanda düşünürdüm ki, Avropa çox yaxındır və böyükdür, onun liderləri isə güclüdür. Onlar nə zamansa nəsə edəcəklər, əllərini yanlarına qoyub oturmayacaqlar. Bu gün başa düşürəm ki, onlar öz narahatlıqlarını, öz həmrəyliklərini ifadə edirlər, əslində isə heç nə edə bilmirlər.

Avropa liderləri həmişə Rusiyaya baxaraq, ehtiyatla hərəkət edirlər. Bu bizim üçün ağrılıdır. Mən hər zaman minnətdar olmağı öyrədən ailədə böyümüşəm. Bu mənim səhvimdir. Başa düşürəm ki, gərək narahatlıqla bağlı sadə bəyanatlara görə minnətdar olmayım. Biz gərək konkret fəaliyyət tələb edək. Mən öyrənirəm, amma çox yavaş”, – deyə o bildirib.

Müstəqil.Az

Share: