Generalın oğlu Paşinyana “eşşək” dedi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş sədri, sabiq baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov baş nazir Nikol Paşinyanı yenidən təhqir edib.

Kəlbəcərin Azərbaycana təhvil verilməsini həzm edə bilməyən İ.Xaçaturov baş naziri uzunqulaq adlandırıb.

“Noyabrın 25-də Kəlbəcər türklərə (azərbaycanlılara-red.) təhvil verilir. Onlar bəlkə də bu günü təsadüfən seçmədilər. 25 noyabr Kəlbəcər əməliyyatının liderlərindən biri olan Monte Melkonyanın (terrorçu -red) doğum günüdür. Əməliyyatın komandirlərindən biri, son müharibədə iştirak edən general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov Kəlbəcərin Nikol Paşinyan tərəfindən təhvil verilməsinə məyus olub” , – deyə erməni KİV-ləri yazıb.

Xaçaturov qəzəbli halda vurğulayıb: “İntihar et, Monte səninlə görüşəcək və deyəcək ki, ay eşşək, Ermənistan tarixinin son səhifəsini açan sən idin? Bəlkə də ilk dəfədir ki, söyüş söyürəm. Əslində hamımızın bu günahda payı var”.

Qeyd edək ki, İqor Xaçaturov ikinci Qarabağ döyüşlərində iştirak edib. /Virtualaz.org

Share: