Ermənistanda əhaliyə paylanan silahları yığa bilmirlər

Ermənistan hərbi polisi Dağlıq Qarabağda hərbi əməliyyatların iştirakçılarını onlarda olan silahları şərşənbə axşamı təhvil verməyə çağırıb.

Virtualaz.org-un erməni KİV-ə istinadən məlumatına görə, nazirliyin bəyanatında bildirilir ki, hərbi əməliyyatlar zamanı çoxsaylı vətəndaşlar müəyyən edilmiş qaydada silah-sursat əldə edib, döyüş əməliyyatları zonasına yola düşüblər, lakin barışıqdan sonra onlarda saxlanılan silahları təhvil verməyiblər.

“Hərbi polis səfərbərlik və ya digər əsaslarla hərbi xidmətə çağırılmış vətəndaşları bir daha döyüş əməliyyatları zamanı müxtəlif yollarla əldə edilmiş və ya götürülmüş silah – sursatı könüllü olaraq təhvil verməyə çağırır”, – deyə məlumatda bildirilir.

Share: