Fərhad Əliyevin oğlu ön cəbhədə…

Azərbaycanın ictimai-siyasi həyatında önəmli rolu olan, savadlı bir iqtisadçı kimi, vacib qərarlara imza atan, ilk iqtisadi inkişaf naziri Fərhad Əliyev hələ də yaddaşımızdadır.

Müstəqil.Az bildirir ki, bu sözləri tanınmış şair İlkin Mehdi özünün sosial şəbəkədəki divarında paylaşıb. Onun statusunu olduğu kimi təqdim edir:

“Yaxın tarixə nəzər salaq. Bu həmin Fərhad Əliyevdir ki, Heydər Əliyev başqa məmurlara nümunəvi kadr olaraq göstərirdi. Vətən müharibəsində elinə, xalqına bağlı olan Fərhad Əliyevin oğlu da, atası kimi nümunəvi addım ataraq könüllü olaraq ordu sıralarına qoşulmuş və ön cəbhədə gedən döyüşlərdə fəal iştirak etmişdir.

Müzəffər Azərbaycan ordusunun sıravi bir əsgəri olaraq səngərlər keçmişdir. Ordumuzun qazandığı uğurlarda hər bir əsgər kimi onun da xidməti olmuşdur. Fikrim kimisə mədh etmək deyil. Sadəcə, bir vaxtlar Fərhad Əliyevlə çörək kəsmiş adamların öz karyeralarına kölgə salmamaq üçün ona qarşı dönük çıxdığının şahidi olmuşuq.

Hal- hazırda yüksək postlara rəhbərlik edən adamların heç birinin övladı və ya yaxını bu müharibədə iştirak etmədi. Amma Fərhad Əliyev və ailəsi vətənə bağlılığını göstərdi. Sadəcə, mənim bunları deməkdə məqsədim budur ki, belə bir adamın ən faydalı zamanlarında kənarda qalması məni incidir. 15 il boyunca Azərbaycanın ictimai-siyasi həyatından təcrid olunmuş Fərhad Əliyev və bu 15 ildə heç bir faydasını görmədiyimiz yüksək postları zəbt etmiş məmurlar… müqayisə aparın…”

Müstəqil.Az

Share: