Dənizçinin əsgər oğlu yaralanıb

Şəklini gördüyünüz bu gənc, rəşadətli ordumuzun qəhrəman əsgəri torpaqlarımızın bütövlüyü uğrunda savaşda yaralanan Ramil Nəcəflidir. Masallı rayonun Qızılağac kəndində doğulub. Vətən sevgisi, düşmənə nifrət uşaq vaxtlarından hisslərinə hakim kəsilib. Elə bu sevgi ilə də silaha sarılıb, düşmənə yerini göstərib, qəhrəmanlığı ilə döyüşçü dostları tərəfindən sevilib və sevilməkdədir.

Atası, AXDG QSC XDND idarəsinin “TMİ-2” gəmisinin matrosu Bəyoğlan Nəcəfov bizimlə söhbətində əsgər atası olmasından qürurla danışır:
Müharibənin ilk günündən döyüşə gedib. Bir çox döyüşlərdə qəhrəmanlıq göstərib, düşmənin canlı qüvvəsinin və texnikasın məhv olunmasında fərqlənib. Suqovuşanın azad olunması uğrunda gedən qanlı çarpımada yaralanana qədər döyüşçü dostları ilə bərabər amansız düşmənə aman belə verməyiblər. Özü haqda heç nə deməsə də döyüşçü yoldaşları oğlumun necə döyüşçü olmasından mənə çox danışıb, deyir əsgər atası olan Bəybala kişi.
Özü isə pis olmuşdu ki, maharibə başa çatmamış yaralanıb. Döyüşçü yoldaşlarından bəhs edir, şəhid olan əsgərlərimizdən danışır Ramil balamş. Sağalım, yenidən cəbhəyə gedəcəm, torpaqlarımızı azad edib, şəhidlərimizin qisasını alacağam, deyirdi. Amma o sağalana qədər müharibə qələbə ilə başa şatdı. Dümən təslimçilik aktına imza atdı. Bütün əsgərlərimizi Allah saxlasın, şəhid olanların qarşısında ba. əyirəm deyir igid əsgərin dənizçi atası.
Biz də “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi və Müstəqil.Az saytı olaraq əsgərimizə Allahdan şəfa diləyirik, tez sağalsın, sağlam yaşasın, Vətən Ramil kimin oğullarına görə basılmaz olur.
Faiq Balabəyli
“DSD”İB-nin sədri, Müstəqil.Az saytının baş redaktoru
Share: