Dünyada ilk dəfə gecə vaxtı gəmiyə dron vasitəsilə yük çatdırılıb

Müstəqil.Az  xəbər verir ki, yük çatdırma prosesi noyabrın 1-də Sinqapur limanında həyata keçirilib. Pilotsuz uçuş aparatı “Berge Bulk” şirkətinə məxsus olan “Berge Sarstein” gəmisinə 3D printerdə çap edilmiş ehtiyat hissələri çatdırıb.

Məlumata görə, dronla 3 kiloqramlıq yükün 5 kilometr məsafəyə çatdırılmasında heç bir narahatçılıq yaşanmayıb. “F-drones” şirkətinin istehsal etdiyi dronlar 5 kiloqram ağırlığında olan yükü 50 kilometrədək məsafədə olan istənilən obyektə çatdıra  bilər.

Cari ilin aprelində uğurlu sınaq əməliyyatlarından sonra şirkətdə sutkada 24 saat ərzində yük daşımaq qərarına gəliblər.

Gələcəkdə dronların yük qaldırma qabiliyyətinin 100 kiloqrama, qət oluna biləcək məsafənin isə 100 kilometrə çatdırılması planlaşdırılır.

Müstəqil.Az

mənbə:“Seanews.az”

Share: