Sinqapur sularında 6 saat ərzində 3 qarət baş verib

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, hücuma “Zeno”, “Lefkada” və “Atlantic Diana” gəmiləri məruz qalıblar.

Asiyanın dəniz quldurluğu ilə mübarizə cəmiyyətindən (ReCAAP) verilən məlumata görə, hər üç qarət zamanı dənizçilər arasında xəsarət alan olmayıb. Quldurlar bir neçə gəmi avadanlığını və xilasedici dairələri oğurlayıblar.

Cari il ərzində sözügedən ərazidə 31 soyğunçuluq hadisəsi qeydə alınıb. “ReCAAP” cəmiyyəti dəniz şirkətlərini ehtiyatlı olmağa səsləyir.

Müstəqil.Az

Share: