Qərbin hakimiyyətə gətirdiyi Paşinyanın bütün hərəkətləri Rusiyanın Türkiyə ilə toqquşmasına nail olmağa yönəlib.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında çeçen politoloq və ictimai xadim İslam Saydayev bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiya və Türkiyəni münaqişəyə cəlb etmək, həmçinin Bakı və Ankaranı, onların vasitəsilə isə bütünlükdə türk-müsəlman dünyasını mənfi aspektdə göstərmək üçün Azərbaycanın dinc şəhərlərini atəşə tutur:

“İrəvanın hərəkətləri müharibə qanunlarını pozur. Biri var Qarabağ separatçılarına kömək etmək, bir də var Azərbaycan ərazisinin cəbhə xəttindən uzaq hissəsini vurmaq. Bu, təcavüz aktından başqa bir şey deyil. Çünki beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycana məxsusdur, orada yaranan kvazidövlət isə separatçılardan ibarətdir. Məhz bu prinsiplərə, yəni Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə əsaslanaraq Rusiya bu müharibəyə müdaxilə etmir.

Heç kəsə qeyri-insani şəkildə müharibə aparmağa, dinc şəhərləri bombalamağa icazə verilməyib. Bu, vəhşilikdir”, – Saydayev bildirib.

Politoloq, həmçinin erməni xalqına müraciət edib:

“Azərbaycan heç bir etnik təmizləmə aparmayıb və aparmayacaq. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın tərkibində rahat yaşaya bilər. Qarabağ erməniləri hələ də İrəvanın “pis” adlandırdığı azərbaycanlılar haqqında təbliğatını dinləməkdə davam edirlər, halbuki artıq başa düşmək lazımdır ki, Azərbaycan “dqr”i tanımayacaq, separatizm isə heçliyə aparan yoldur”.

Zaur, Fatimə

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet