Rusiya vətəndaşları 1500 dollara Qarabağa döyüşə gedir – Video

Rusiya vətəndaşları bu və ya digər səbəbdən Dağlıq Qarabağda Ermənistan tərəfindən muzdlu qismində döyüşməyə gedir.

Müstəqil.Az xəbər verir ki, bunu Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev öz Teleqram kanalında yazıb.

O, bu cür muzdlulardan birini şəxsən tanıdığını da deyib.

Jurnalistin sözlərinə görə, həmin şəxs erməniləri “ideya baxımından dəstəklədiyinə” görə onların tərəfindən döyüşməyə gedib. Bununla belə, o öz xidmətləri üçün aylıq 1 500 dollar tələb edir.

Qeyd edək ki, daha əvvəl Ermənistan tərəfindən PKK, ASALA və digər terror təşkilatından olan silahlıların döyüşməsi barədə məlumatlar yayılıb.

Müstəqil.Az

Share: