Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası başlayır

Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Bu barədə REAL-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün hazırlıq işlərinə start verilib.

 

Müstəqil.Az

Share: