İrandan İrəvana mesaj: Hətta səhv olsa belə…

İran öz sərhədlərinin pozulmasıyla bağlı Ermənistana xəbərdarlıq edib.

Müstəqil.Az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə jurnalistlərə açıqlama verərək, hətta İran ərazisinə müdaxilənin səhvən olacağı təqdirdə belə buna cavab veriləcəyini bildirib.

O, ölkənin təhlükəsizliyinin İran üçün “qırmızı xətt” olduğunu deyib.

Qeyd edək ki, bundan öncə İran dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Ərdəbil əyalətində vurulan PUA-nın kəşfiyyat dronu olduğu müəyyənləşdirilib.

Müstəqil.Az

Share: