Paşinyan: Vaxtında torpaqları Azərbaycana qaytarsaydım… – Video

Qarabağdakı savaş onun statusu üçün aparılır.

Müstəqil.Az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb.

Onun sözlərinə görə, Ermənistan zamanında əraziləri versəydi və Qarabağın qeyri-müəyyən statusuna razılaşaydı, savaşdan qaçmaq mümkün olardı.

Paşinyan guya bu halda Qarabağ üçün hansısa qəbul edilən statusun əldə edilməyəcəyini bildirib. O deyib ki, Qarabağ üçün danışıqlarda son şans 2011-ci ildə Kazanda itirilib.

Qeyd edək ki, Nikol Paşinyan danışıqlar prosesində özündən əvvəlkilərin Azərbaycanın ərazi bütövlüyünə razılaşdığı haqda bir neçə dəfə açıqlama yayıb. O, bununla müharibəyə səbəb olan siyasət aparmasına haqq qazandırmağa çalışıb.

İlkin METE XAN

Share: