“El-Plastik” MMC Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 40000 manat vəsait köçürdü

Qarabağ Azərbaycandır!

Hacı Gülağa Abişovun rəhbərlik etdiyi “El-Plastik” MMC Sumqayıt şəhərində fəaliyyət göstərir.

Şirkət şanlı ordumuzun Qarabağ uğrunda həyata keçirdiyi döyüş əməliyyatlarına dəstək məqsədi ilə Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 40000(qırx min) manat vəsait köçürüb.
Bundan əlavə şirkət tərəfindən döyüş bölgəsində olan əsgərlərimizin arxa cəbhədə qalan ailələrinə 50 kisə un pay verilib və cəbhəyə 28 ədəd təkər göndərilib.
“Biz əminik ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağında olan torpaqlarımız yenilməz ordumuz tərəfindən tezliklə azad olunacaq. Bəli, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!”- :Bu sözlər “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abişova məxsusdur…
Share: