Hikmət Hacıyev: Bu, Azərbaycan xalqına qarşı növbəti soyqırım aktıdır – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistanın dövlət səviyyəsində vandalizm siyasətini davam etdirməsi ilə bağlı paylaşım edib.

Müstəqil.az xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”.(publika)

Share: