Atlantik okeanda tropik fırtına formalaşıb

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Qasırğaları Müşahidə Milli Mərkəzi məlumat yayıb. Fırtına hüdudlarında küləyin sürəti saniyədə 18 metrə çatır.

Tropik fırtına təqribən Afrika sahillərindən 600 kilometr məsafədə yerləşən Kabo-Verde ada dövlətindən 180 kilometr şərqdədir. “Rene” saatda 19 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Kabo-Verdedə leysan və fırtına küləyi gözlənilir.

Müstəqil.Az

Share: