“muellif.az” saytı müəllifləri gözləyir

Azərbaycanda yeni sayt fəaliyyətə başladı.
Müstəqil.Az xəbər verir ki, yeni fəaliyyətə başlayan “muellif.az” saytı ədəbi-bədii yaradıcılıq nümunələrinin geniş oxucu kütləsinə çatdırılmasına xidmət göstərəcək.
Saytda şeir, hekayə, povest, roman, tənqidi yazı, məqalə, müsahibələr və s. dərc olunacaq. Eləcə də portal ədəbi mühitdə baş verən yenilikləri oxucuların diqqətinə çatdıracaq. Gənc müəllimlərin birgə əməyi ilə reallaşan saytın əsas fəaliyyət istiqaməti ədəbiyyat sevərləri bir məkanda toplamaqdan ibarətdir. Bundan əlavə, istedadlı gənc şair və yazıçıların aşkara çıxarılması, onların yaradıcılıq nümunələrinin auditoriyaya təqdim olunması və gələcək inkişafları üçün əlverişli şəraitin yaradılması saytın əsas fəaliyyət istiqamətlərindən biridir.
Saytın təsisçisi Hamid Babaşov, baş redaktoru Elnur Nəhmət, redaktorları Namiq Ağayev və Mirbağır Bünyatov, Pr manager isə Toğrul Əsgərovdur.
Müstəqil.Az saytının yaradıcı kollektivi “muellif.az”-ın fəaliyyətini dəstəkləyir və gənc həmkərlara uğurlar arzulayır.
T.Balabəyli
Share: