EL şairi Zeynəb ALIHÜSEYNQIZI və onun xalq şeiri üslubunda yazdığı dini şeirlər

Cənub bölgəsinin tanınmış el şairlərindən biri Zeynəb Alıhüseynqızıdır. Zeynəb Alıhüseyn qızı Şahverdiyeva 1966-cı il dekabrın 13-də Cəlilabad rayonunun Əliabad kəndində anadan olub. Anası Zərif xanımı üç yaşında itirən Zeynəbin uşaqlığı çətin keçib.

Təbii ki, vaxtından qabaq, hələ körpə ikən ailənin yükünü çəkib, mətbəxin “anası” olub, evin-eşiyin təmizliyi qayğısına qalıb. Anasızlıq balaca Zeynəbə zəngin və çətin bir həyat məktəbi keçməyi öyrədib. Zeynəb Alıhüseyn qızı üzünü xatırlamadığı, nazını görmədiyi anası haqqında bir neçə şeir yazıb. “Layla” şeiri isə folklorun iki janrını özündə birləşdirir: Anasının Zeynəbə dediyi layla çağanı yatırmaq üçün layladır, Zeynəbin anasına dediyi layla isə əbədi yuxuya getmiş ən əziz insanı oxşayan ağıdır:

 

Açıb ilk dəfə gözümü,

Gördüm o cənnət üzünü.

Dikib nur dolu gözünü

Deyir bir Ay, a lay-lay,

Nə şirinsən, a lay-lay.

 

Şei­rdə da­ha fa­ciə­li mən­zə­rə təs­vir olu­nur. Ana ba­la­ya de­yil, ba­la dün­ya­sı­nı də­yiş­miş ana­sı­na lay­la ça­lır:

 

Ay ana­sız qa­lan anam, 

Ay qar­daş­sız olan anam. 

Ay kim­sə­siz ölən anam, 

Hə­zin-hə­zin, ya­na-ya­na, 

Sə­nə lay­lay de­yim, ana.

 

Zeynəb xanımın ana həsrətli şeirlərini sakit oxumaq olmur. O, dünyadan çox gənc yaşlarında köçən anasına “Sən indi mənim qızım yaşındasan, mən də sənin anan yaşında” deyir və bu sətirlər istər-istəməz oxucunu kövrəldir, daş qəlbli insanları belə muma döndərir:

 

Yaradan tək sən də məni yaratdın,

Heç gözümə görünmədin, ay ana.

Məhəbbətlə yaratmışdın məni sən,

Heç sevginə bürümədim, ay ana.

 

Qərq olmuşam, ömür yolum zülümdü,

Urəyimə bir ağrılı yük enib.

Göz yaşm suvarar cənnət bağını,

Gəl, məzarın gözlərimə yüklənib.

 

Ana balasıyla qol-boyun olar,

Həsrətinlə qol-boyunam nə vaxtdı.

Surətin ağlımda qalmayıb barı,

Bu necə taledi, bu necə baxtdı?

 

Təbibimi udub torpaqlar mənim,

Dərdimi kiminlə böləcəyəm mən?!

Məlhəmin tapmaqçün ağrılarımın,

Çalışıb bir az tez öləcəyəm mən.

 

Zeynəb Alıhüseynqızı el şeirinin ensiklopedik bilicisidir. Bədahətən söylədiyi, qələmə aldığı şeirlərin mövzusu günümüzün  poetik ponaramıdır. O, həm də satirik şeirlər müəllifidir. Mövzusu gündəlik həyatdan gələn belə şeirlərin satirik ruhu yazılı ədəbiyyat nümayəndəsi Mirzə Ələkbər Sabirdən deyil, nə qədər qəribə olsa da, şifahi sözümüzün korifeyi Aşıq Ələsgərdən gəlir:

 

Sevib arvadları sən,

Arzuna cat, ay kişi.

Öpüb yanaqlarınnan

Məzə partlat, ay kişi.

 

Düşə könlünə hər nə,

Onu yetir yerinə.

İstəsən get dərinə,

Günaha bat, ay kişi.

 

Birin orda aldadıb,

Birin bu yanda dadıb,

Gördün ki, vaxtı çatib,

Dolayıb at, ay kişi.

 

Sev elə birəm-birəm,

Nə lazım Əsli-Kərəm.

Arada de, bir giləm,

Məni aldat, ay kişi.

 

Zeynəb Alıhüseyn qızının şeirləri bədahət olduğundan onların bəzilərinin qafiyəsi və ölçüsü fonetik-reçitativ deklamasiyaya köklənib. Belə hallar təbiidir. Dədə Qorqud şeirlərinin qopuz ahəngini, yaxud çağdaş aşıq musiqisinin tələbi ilə yaranan ritmik sözləri buna misal göstərmək olar. Ümumiyyətlə, Zeynəb xanımın şeirləri bəzi kəm-kəsirlərinə baxmayaraq, poetik tələblərə cavab verir. Bir çox şeirlərində isə çağdaş sərbəst şeirdə olduğu kimi, ölçü poetik fikrə qurban verilir. Bu şeirlərin içərisində çarpaz qafiyəli, sicilləmə (məsnəvi) tipli nümunələr də var. Onun söylədiyi təcnis xüsusi ilə gözəldir:

 

Sevən sevə yarın gərək dərinnən,

Yar şirindi, şirin olur şirinnən.

Nə dediyin oxuyar gözlərinnən,

İşarədən gərək yarın yar ana.

 

Sən ara yarını uzaq-yaxından,

Gündüz aşikardan, gecə yuxundan.

Bağrın da dəlinsə sevgi oxundan,

Yar dediyin məlhəm olar yarına.

 

Söyləsin sevdiyin qoy sən deyəni,

Sipər elə çətinliyə sinəni.

Nə gözəldir, sevən sevir sevəni,

Sevgi gərək iki candan yarana.

 

Şairin dini hadisələrə manasibət bildirərkən Zeynəb obrazına tez-tez müraciət etməsi təkcə onun özünün bu adı daçıması ilə bağlı deyil, sadəcə, tarixi Zeynəb obrazının yaşantıları Kərbəla vaqiəsini büsbütün açmağa imkan verir. Zeynəb xanım qızıdır və Xanım Zeynəbdir. Bu müraciət forması şərəfdən və ləyaqətdən doğur:

 

Babası Heydəri kərrar,

Zəhra kimi madəri var. 

Ey qardaşları imamlar, 

Xanım qızı Xanım Zeynəb, 

Sənə qurban canım, Zeynəb.

 

Aləm sənə həsəd eylər,

 Sənə qurban uca göylər. 

Göydə mələklər də söylər, 

Xanım qızı Xanım Zeynəb,

 Sənə qurban canım, Zeynəb. 

 

Ey mərdi mərdanə xanım, 

Dərdi şanə-şanə xanım.

 Şəms olan cahanə xanım, 

Xanım qızı Xanım Zeynəb,

Sənə qurban canım, Zeynəb.

 

Hüseynini çox istəyən,

Balasın qurban eyləyən. 

Başı bəlalıyam deyən, 

Xanım qızı Xanım Zeynəb, 

Sənə qurban canım, Zeynəb.

 

Yeddi şəhidə tək bacı,

Taleyin gəldi nə acı.

Ağardı bir gündə saçın,

Xanım qızı Xanım Zeynəb, 

Sənə qurban canım, Zeynəb. 

 

Ana dərdi canda ikən,

Səda gəldi Hüseynindən.

Çıxmadı qarə əynindən, 

Xanım qızı Xanım Zeynəb, 

Sənə qurban canım, Zeynəb.

Qü­rur du­yu­la­sı is­tək və ar­zu­dur. Zey­nəb Alı­hü­seyn­qı­zı de­yir ki, mən nə ya­zı­çı, nə də şai­rəm. Mən han­sı­sa bir mək­təb bi­tir­mə­səm də, gö­zəl hə­yat mək­tə­bi keç­mi­şəm. Bir möv­zu mə­ni na­ra­hat et­dən­də bəl­kə nə isə edə bi­lə­cə­yi­mi dü­şü­nüb əli­mə qə­ləm al­dım. Bu eti­ra­fı oxu­cu­ya im­kan ve­rir ki, şe­ir­lə­rin­də olan xır­da kəm-kə­sir­lə­ri Zey­nəb xa­nı­mın gör­dü­yü bö­yük və bö­yük ol­du­ğu qə­dər möh­tə­şəm işin qar­şı­sın­da ona gü­zəş­tə get­sin.

Hə­yat­da hər bir in­sa­nın dərk et­dik­lə­ri və dərk edə bil­mə­dik­lə­ri var. Dərk edi­lə bil­mə­yən­lər Al­la­hın qüd­rə­ti al­tın­da­dır. Zey­nəb Alı­hü­seyn­qı­zı, ki­ta­bın­da ol­duq­ca az yer tu­tan təh­ki­yə­lə­rin­də şei­rin­dən ge­ri qal­ma­yan uğur­la­ra im­za atır. Bu isə onun poe­tik fəl­sə­fə­si­dir: “Tan­rım gö­rün­məz­li­yi ilə gö­zəl­dir. Gö­zəl­li­yi­ni gös­tər­mə­yə eh­ti­ya­cı ol­ma­yan­dır. Doğ­ru gö­rüb doğ­ru dü­şü­nən­lə­rə ət­ra­fı­na bax­maq ye­tər ki, Al­la­hın kim­li­yi­ni tam dərk et­sin­lər. Al­la­hın öz rı­za­sı ilə Mu­ham­mə­də ver­di­yi elm Qu­ran­da­kı hik­mət, əzə­mət, qüd­rət ye­tər ki, in­san­lı­ğa la­zım olan hər sua­lın ca­va­bı­nı or­da ta­pa bil­sin”.

Zey­nəb Alı­hü­seyn­qı­zı adi hə­qi­qə­ti oxu­cu­su­na o qə­dər re­al bo­ya­lar­la çat­dı­rır, tə­əc­cüb­lənm­yə bil­mir­sən: “Ya Rəb­bim, qo­naq ota­ğı­dək bə­zə­di­yin aləm­də meh­ma­nıq. Tor­paq ad­lı süf­rən­də min-min ne­mə­ti­nə şü­kür edi­rik… Və bu tor­pa­ğı  mü­qəd­dəs bi­li­rik. Ona gö­rə mü­qəd­dəs bi­li­rik ki, biz o tor­pa­ğa üz qo­yub sə­nin səc­də­nə gə­li­rik”.

Bu isə onun hə­yat fəl­sə­fə­si­nin ye­ku­nu­dur, Tnrı­ya sı­ğı­nan, Tan­rı­ya gü­və­nən in­sa­nın son qə­ra­rı­dır: “Qüd­rə­ti­ni tam vəsf et­mək üçün me­şə­lər qə­ləm, dər­ya­lar mü­rək­kəb ol­sa da, ye­nə ya­zıb qur­tar­maq müm­kün ol­maz. Say­la­rın so­nu qə­dər şü­kür sə­nə. Öz əmə­li­mi­zin də ni­za­mı­nı bi­zə tap­şır­ma, özün ni­zam­la”.

Zey­nəb Alı­hü­seyn­qı­zı­nın ya­ra­dı­cı­lı­ğı­nı fərq­lən­di­rən cə­hət­lər­dən bi­ri onun di­ni şe­ir­lə­rin­də də xalq poe­zi­ya­sı şə­kil­lə­ri­nə üz tut­ma­sı­dır. Mə­sə­lən, yed­di­lik üs­tə kök­lə­nən, aşıq şei­ri şə­kil­lə­rin­dən bi­ri olan bu poe­tik nü­mu­nə­yə diq­qət ye­ti­rək:

 

 

Ta­nı­yar­san Al­la­hı, 

Oxu, qu­ran oxu sən.

O ki­tab­la­rın şa­hı, 

Oxu, Qu­ran oxu sən.

 

Əzə­mət­li bir ki­tab, 

Tam hik­mət­li bir ki­tab. 

Aç onu haqq yo­lu tap,

Oxu, Qu­ran oxu sən.

 

Ruh­la­rın qi­da­sı­dı,

Vü­cu­dun sə­fa­sı­dı.

An­la­yıb zi­ya­sı­nı, 

Oxu, Qu­ran oxu sən.

 

Qəl­bin­də mə­həb­bə­ti,

Doğ­ru et ti­la­və­ti.

O olar hi­da­yə­tin, 

Oxu, Qu­ran oxu sən.

 

Də­yi­şil­məz­di Qu­ran,

Çün gön­də­rib ya­ra­dan.

Qə­min ge­dər ara­dan, 

Oxu, Qu­ran oxu sən.

 

Oxu­yub diq­qət ilə, 

Nə de­yir, diq­qət elə.

Hör­mə­tin bi­lə-bi­lə, 

Oxu, Qu­ran oxu sən.

 

Öm­rü tərk edər cə­fa,

Ta­par­san dər­də şə­fa. 

Dost olar­san Al­la­ha,

Oxu, Qu­ran oxu sən.

 

Da­lıb ən­gin­li­yi­nə,

Ba­xıb zən­gin­li­yi­nə.

 

Oxu­dun, oxu ye­nə,

Oxu, Qu­ran oxu sən.

 

Bu isə sək­kiz­li­yə he­sab­la­nıb, yə­ni gə­ray­lı­dır:

 

Gəl pe­şi­man et­mə mə­ni,

Aç gö­zü­nü oyan, ba­lam.

Anan sən­siz döz­məz axı,

Rü­ba­bı tək qo­yan ba­lam.

 

“Anam, get­mə ge­cə­gö­zü” şei­ri də sək­kiz­lik­də­dir, bənd­lə­ri beş­lik­dir, bu şe­ir mər­si­yə ki­mi de­yi­lən­də də aşıq ha­va­la­rı­nın rit­mi­nə ya­xın avaz­la oxu­nur:

 

Ci­yə­rin­dən ya­rə alan,

Gə­lin anam, məz­lum anam.

Get­mə sən­siz qan ağ­la­ram,

Gö­zü yaş­lı qo­yub  bi­zi,

Anam, get­mə ge­cə gö­zü.

 

Qış elə­mə ya­zı­mı­zı,

Yol­da qoy­ma gö­zü­mü­zü.

Kim çə­kər bəs na­­zı­­mı­­zı­­?

Gö­zü yaş­lı qo­yub bi­zi, 

Anam, get­mə ge­cə gö­zü.

 

Ba­la­la­rın qu­cağ­la­şar, 

Ax­şam olan­da ağ­la­şar. 

Zey­nəb sən­siz ne­cə ya­şar,

Gö­zü yaş­lı qo­yub bi­zi, 

Anam, get­mə ge­cə gö­zü.

 

Ge­cə­lər qor­xa­ram sən­siz,

Qa­pı­ya ba­xa­ram sən­siz.

Ye­ti­məm, na­ça­ram sən­siz,

Gö­zi yaş­lı qo­yub bi­zi,

Anam, get­məz ge­cə gö­zü.

 

Zey­nəb Alı­hü­seyn­qı­zı folk­lo­run lay­la şe­ir şək­li­nə da­ha çox mü­ra­ci­ət edir. Ma­raq­lı­dır ki, hə­min şe­ir­lər di­ni məc­lis­lər­də elə lay­la ha­va­sı üs­tə oxu­nur. Mə­sə­lən,“Bi­bin qur­ban, Əli lay­lay” mər­si­yə­si hə­zin ahən­gi­nə gö­rə da­ha tə­sir­li səs­lə­nir:

 

Zey­nəb qur­ban qa­ra gö­zə,

Uca bo­ya, gü­lər üzə.

Ley­la sən­siz ne­cə dö­zər,

Hü­sey­nin ya­və­ri lay-lay,

Bi­bin qur­ban, Əli lay lay.

 

Baş­qa bir şei­rin­də isə da­ha fa­ciə­li mən­zə­rə təs­vir olu­nur. Ana ba­la­ya de­yil, ba­la dün­ya­sı­nı də­yiş­miş ana­sı­na lay­la ça­lır:

 

Ay ana­sız qa­lan anam, 

Ay qar­daş­sız olan anam. 

Ay kim­sə­siz ölən anam, 

Hə­zin-hə­zin, ya­na-ya­na, 

Sə­nə lay­lay de­yim, ana.

 

Di­ni şe­ir­lə­ri­nin ço­xu­nu ba­ya­tı­ya kök­lə­yən Zey­nəb Alı­hü­seyn­qı­zın­dan əl­də et­di­yi­miz nü­mu­nə­lər folk­lor­şü­nas­lar üçün da­ha qiy­mət­li­dir. Bə­da­hət us­ta­sı olan Zey­nəb Alı­hü­seyn­qı­zı­nın məc­li­sin­də dik­ta­fon­suz otur­maq xey­li xalq şei­ri nü­mu­nə­lə­ri­ni itir­mək de­mək­dir. Hər söh­bə­tin­də sö­zü­nün aya­ğı­nı nəz­mə çə­kən Zey­nəb xa­nı­mın ba­ya­tı­la­rı xü­su­si araş­dı­rıl­ma­ğa la­yiq­dir. Çün­ki bu ba­ya­tı­la­rın ço­xu Al­lah, pey­ğəm­bər, pey­ğəm­bə­rin əs­ha­bə­lə­ri, Kər­bə­la mü­si­bə­ti, imam­lar və gör­kəm­li din xa­dim­lə­ri haq­qın­da­dır. Bir ne­çə ba­ya­tı­nı nə­zər­dən ke­çir­mək­lə el şai­ri Zey­nəb Alı­hü­seyn­qı­zı­nın mə­nə­vi sər­və­ti­nin hik­mə­ti­ni an­la­maq müm­kün­dür. Mə­sə­lən, Rü­qəy­yə haq­qın­da de­yi­lir:

 

 

Göz­lə­rim­də gi­lə yaş,

Ca­nım­da həs­rət, tə­laş.

Rü­qəy­yə­mə sö­züm var,

Mə­ni din­lə­yəy­di kaş.

 

Ana haq­qın­da olan ba­ya­tı­lar isə di­ni şe­ir­lə­rin içə­ri­sin­də xü­su­si yer tu­tur. Be­lə ki, bu ba­ya­tı­lar Kər­bə­la mü­si­bə­ti­nə dü­çar olan­la­rın di­lin­dən söy­lə­nil­sə də, müs­təq­qil şe­ir nü­mu­nə­si ki­mi də diq­qət çə­kir. Bir ne­çə nü­mu­nə fik­ri­mi­zi ta­mam­la­yır:

 

 

Ana de­din bir in­ci,

Ən qiy­mət­li ləl, in­ci. 

Ana­dan in­ci­yin­cə 

Elə gö­zün­dən in­ci.

 

Ana can­dan əziz­di, 

Bə­növ­şə­di, nər­giz­di. 

Ana­sı ol­ma­yan­lar 

Dün­ya­da kim­sə­siz­di.

 

Əzi­zim ye­ri, ye­ri, 

Ara­dım gö­yü, ye­ri. 

Tap­ma­dım ki ana tək 

Ca­han­da hu­ri pə­ri.

 

Aşıq qəl­bim yu­xa­dı,  

Nə de­di­lər to­xan­dı.

Fə­lək al­dın ana­mı, 

Əl­lə­rim­di, ya­xan­dı.

 

Ana­nın adı şi­rin,

Sev­gi­si, odu şi­rin.

Ay sə­nə qur­ban olum,

Sən­dən har­da­dı şi­ri­n?!

 

Aşıq, dər­dim baş­da­dı,

Ömür yo­lum daş­da­dı. 

O gün qal­dım ana­sız,

Qa­ra gü­nüm baş­da­dı.

 

Əzi­zim qəm­li dün­ya,

Bu­lud­lu, çən­li dün­ya.

Ana de­dim, gö­rün­dün

Gö­züm­də nəm­li dün­ya.

 

Əzi­zim ya­man ağ­lar,

Ürə­yi ya­nan ağ­lar.

Ana­sız qa­lan ba­la

Elə hər za­man ağ­lar.

 

Qar­daş haq­qın­da ba­ya­tı­lar da Zey­nəb Alı­hü­seyn­qı­zı­nın bə­da­hə­ti­nin məh­su­lu­dur. Bu ba­ya­tı­lar vax­tın­da qə­lə­mə alın­ma­sa, it-ba­ta dü­şər və bun­dan folk­lo­ru­muz çox şey iti­rər:

 

 

Qar­daş de­mə daş ağ­lar,

Kip­rik ağ­lar qaş ağ­lar.

Gə­zib gör­məz qar­da­şı,

Göz­lə­rim qan-yaş ağ­lar.

 

Di­var qa­lıb, daş qa­lıb,

Qar­daş, ye­rin boş qa­lıb.

Vaxt­sız ge­dən qar­da­şın

Ba­cı­sı çaş-baş qa­lıb.

 

Qar­daş mə­nim elim­di,

Gü­lüm­dü, bül­bü­lüm­dü.

Qar­daş, qar­daş, de­mək­dən

Di­lim di­lim-di­lim­di.

 

Qar­da­şın mə­zar da­şı, 

Ba­cı ba­şı­nın da­şı.

Yu­yar qə­bir tor­pa­ğın

Ba­cı gö­zü­nün ya­şı.

 

Aman­dı hay xə­bə­ri, 

Söy­lə­mə hay xə­bə­ri.

Ba­cı­lar eşit­mə­sin 

Qar­da­şın vay xə­bə­rin.

 

Şairin dini hadisələrə manasibət bildirərkən Zeynəb obrazına tez-tez müraciət etməsi təkcə onun özünün bu adı daçıması ilə bağlı deyil, sadəcə, tarixi Zeynəb obrazının yaşantıları Kərbəla vaqiəsini büsbütün açmağa imkan verir. Zeynəb xanım qızıdır və Xanım Zeynəbdir. Bu müraciət forması şərəfdən və ləyaqətdən doğur:

 

Babası Heydəri kərrar,

Zəhra kimi madəri var. 

Ey qardaşları imamlar, 

Xanım qızı Xanım Zeynəb, 

Sənə qurban canım, Zeynəb.

 

Aləm sənə həsəd eylər,

 Sənə qurban uca göylər. 

Göydə mələklər də söylər, 

Xanım qızı Xanım Zeynəb,

 Sənə qurban canım, Zeynəb. 

 

Ey mərdi mərdanə xanım, 

Dərdi şanə-şanə xanım.

 Şəms olan cahanə xanım, 

Xanım qızı Xanım Zeynəb,

Sənə qurban canım, Zeynəb.

 

Hüseynini çox istəyən,

Balasın qurban eyləyən. 

Başı bəlalıyam deyən, 

Xanım qızı Xanım Zeynəb, 

Sənə qurban canım, Zeynəb.

 

Yeddi şəhidə tək bacı,

Taleyin gəldi nə acı.

Ağardı bir gündə saçın,

Xanım qızı Xanım Zeynəb, 

Sənə qurban canım, Zeynəb. 

 

Ana dərdi canda ikən,

Səda gəldi Hüseynindən.

Çıxmadı qarə əynindən, 

Xanım qızı Xanım Zeynəb, 

Sənə qurban canım, Zeynəb.

 

Zeynəb Alıhüseynqızı öz kitabına belə bir ad seçməyi xahiş etdi: “Allah, məni əhli beytə dost eylə”. Bu ad təsadüfdən irəli gəlmir. Zeynəb Alıhüseynqızı əhli beytin etibarlı dostudur, ömrünü ibadətə, dinə, həqiqətə, ədalətə sərf edib, valideynlərinə  hörmətlə yanaşıb, sözübütövlüyü və sədaqəti ilə seçilib, övladlarına örnək olub. Onu əhli beytə bağlayan adı Əli Hüseyn olan atasıdır. Zeynəb deyir ki, atamın dərdi yoxdu, Hüseyn dərdiydi dərdi. Zeynəb atasının dilindən yazır:

 

Adım Əli Hüseyndir,

Hüseynə aşiqəm mən.

Rəbbimə sadiq olan

Ağama sadiqənm mən.

 

Qurban deyər övladın

Əkbərinə Hüseynin.

Atam, babam fədadı

Heydərinə Hüseynin.

 

Zeynəb Alıhüseynqızını əhli beytə bağlayan cəhətlərdən biri də özünün Xanım Zeynəbin adaşı olmasıdır. Bu adı ona ata-anası Xanım Zeynəbin ideallarına sədaqətli olmaq üçün verib:

 

Allah, məni əhli beytə dost elə, 

Dost aparar dostunu son mənzilə.

 

Xanım Zəhra kənizi göndər məni,

Səkinənin başına döndər məni.

Xanım Zeynəb, bu Zeynəb istər səni, 

Allah, məni əhli beytə dost elə,

Dost aparar dostunu son mənzilə.

 

Aşiqəm hax yolunun qullarına, 

Aşiqəm o qulların yollarına.

Mən qul olam sənin o qullarına,

Allah,  məni əhli beytə dost elə, 

Dost aparap dostunu son mənzilə.

 

Fəxr edirəm adaşıyam Zeynəbin,

Şagirdiyəm onlar qoyan məktəbin.

Çalışıram yetişə o mətləbim,

Allah, məni əhli beytə dost elə, 

Dost aparar dostunu son mənzilə.

 

Hey ağlaram Kərbəlayə getməyə,

Əliəsgərdən hal-əhval etməyə.

O məkanda bu duanı etməyə: 

Allah, məni əhli beytə dost elə, 

Dost aparar dostunu son mənzilə.

 

Dolanarlar xəyalımda, gozümdə,

Yuxumda görmüşəm göylər üzündə.

Kövrəlmişəm gilə yaş var gözümdə, 

Allah, məni əhli beytə dost elə,

Dost aparar dostunu son mənzilə.

 

Qürur duyulası istək və arzudur. Zeynəb Alıhüseynqızı deyir ki, mən nə yazıçı, nə də şairəm. Mən hansısa bir məktəb bitirməsəm də, gözəl həyat məktəbi keçmişəm. Bir mövzu məni narahat etdəndə bəlkə nə isə edə biləcəyimi düşünüb əlimə qələm aldım. Bu etirafı oxucuya imkan verir ki, şeirlərində olan xırda kəm-kəsirləri Zeynəb xanımın gördüyü böyük və böyük olduğu qədər möhtəşəm işin qarşısında ona güzəştə getsin.

Həyatda hər bir insanın dərk etdikləri və dərk edə bilmədikləri var. Dərk edilə bilməyənlər Allahın qüdrəti altındadır. Zeynəb Alıhüseynqızı, kitabında olduqca az yer tutan təhkiyələrində şeirindən geri qalmayan uğurlara imza atır. Bu isə onun poetik fəlsəfəsidir: “Tanrım görünməzliyi ilə gözəldir. Gözəlliyini göstərməyə ehtiyacı olmayandır. Doğru görüb doğru düşünənlərə ətrafına baxmaq yetər ki, Allahın kimliyini tam dərk etsinlər. Allahın öz rızası ilə Muhammədə verdiyi elm Qurandakı hikmət, əzəmət, qüdrət yetər ki, insanlığa lazım olan hər sualın cavabını orda tapa bilsin”.

Zeynəb Alıhüseynqızı adi həqiqəti oxucusuna o qədər real boyalarla çatdırır, təəccüblənmyə bilmirsən: “Ya Rəbbim, qonaq otağıdək bəzədiyin aləmdə mehmanıq. Torpaq adlı süfrəndə min-min nemətinə şükür edirik… Və bu torpağı  müqəddəs bilirik. Ona görə müqəddəs bilirik ki, biz o torpağa üz qoyub sənin səcdənə gəlirik”.

Bu isə onun həyat fəlsəfəsinin yekunudur, Tnrıya sığınan, Tanrıya güvənən insanın son qərarıdır: “Qüdrətini tam vəsf etmək üçün meşələr qələm, dəryalar mürəkkəb olsa da, yenə yazıb qurtarmaq mümkün olmaz. Sayların sonu qədər şükür sənə. Öz əməlimizin də nizamını bizə tapşırma, özün nizamla”.

Zeynəb Alıhüseynqızının yaradıcılığını fərqləndirən cəhətlərdən biri onun dini şeirlərində də xalq poeziyası şəkillərinə üz tutmasıdır. Məsələn, yeddilik üstə köklənən, aşıq şeiri şəkillərindən biri olan bu poetik nümunəyə diqqət yetirək:

 

Tanıyarsan Allahı, 

Oxu, quran oxu sən.

O kitabların şahı, 

Oxu, Quran oxu sən.

 

Əzəmətli bir kitab, 

Tam hikmətli bir kitab. 

Aç onu haqq yolu tap,

Oxu, Quran oxu sən.

 

Ruhların qidasıdı,

Vücudun səfasıdı.

Anlayıb ziyasını, 

Oxu, Quran oxu sən.

 

Qəlbində məhəbbəti,

Doğru et tilavəti.

O olar hidayətin, 

Oxu, Quran oxu sən.

 

Dəyişilməzdi Quran,

Çün göndərib yaradan.

Qəmin gedər aradan, 

Oxu, Quran oxu sən.

 

Oxuyub diqqət ilə, 

Nə deyir, diqqət elə.

Hörmətin bilə-bilə, 

Oxu, Quran oxu sən.

 

Ömrü tərk edər cəfa,

Taparsan dərdə şəfa. 

Dost olarsan Allaha,

Oxu, Quran oxu sən.

 

Dalıb ənginliyinə,

Baxıb zənginliyinə.

Oxudun, oxu yenə,

Oxu, Quran oxu sən.

 

Bu isə səkkizliyə hesablanıb, yəni gəraylıdır:

 

Gəl peşiman etmə məni,

Aç gözünü oyan, balam.

Anan sənsiz dözməz axı,

Rübabı tək qoyan balam.

 

“Anam, getmə gecəgözü” şeiri də səkkizlikdədir, bəndləri beşlikdir, bu şeir mərsiyə kimi deyiləndə də aşıq havalarının ritminə yaxın avazla oxunur:

 

Ciyərindən yarə alan,

Gəlin anam, məzlum anam.

Getmə sənsiz qan ağlaram,

Gözü yaşlı qoyub  bizi,

Anam, getmə gecə gözü.

 

Qış eləmə yazımızı,

Yolda qoyma gözümüzü.

Kim çəkər bəs nazımızı?

Gözü yaşlı qoyub bizi, 

Anam, getmə gecə gözü.

 

Balaların qucağlaşar, 

Axşam olanda ağlaşar. 

Zeynəb sənsiz necə yaşar,

Gözü yaşlı qoyub bizi, 

Anam, getmə gecə gözü.

 

Gecələr qorxaram sənsiz,

Qapıya baxaram sənsiz.

Yetiməm, naçaram sənsiz,

Gözi yaşlı qoyub bizi,

Anam, getməz gecə gözü.

 

Zeynəb Alıhüseynqızı folklorun layla şeir şəklinə daha çox müraciət edir. Maraqlıdır ki, həmin şeirlər dini məclislərdə elə layla havası üstə oxunur. Məsələn,“Bibin qurban, Əli laylay” mərsiyəsi həzin ahənginə görə daha təsirli səslənir:

 

Zeynəb qurban qara gözə,

Uca boya, gülər üzə.

Leyla sənsiz necə dözər,

Hüseynin yavəri lay-lay,

Bibin qurban, Əli lay lay.

 

Başqa bir şeirində isə daha faciəli mənzərə təsvir olunur. Ana balaya deyil, bala dünyasını dəyişmiş anasına layla çalır:

 

Ay anasız qalan anam, 

Ay qardaşsız olan anam. 

Ay kimsəsiz ölən anam, 

Həzin-həzin, yana-yana, 

Sənə laylay deyim, ana.

 

Dini şeirlərinin çoxunu bayatıya kökləyən Zeynəb Alıhüseynqızından əldə etdiyimiz nümunələr folklorşünaslar üçün daha qiymətlidir. Bədahət ustası olan Zeynəb Alıhüseynqızının məclisində diktafonsuz oturmaq xeyli xalq şeiri nümunələrini itirmək deməkdir. Hər söhbətində sözünün ayağını nəzmə çəkən Zeynəb xanımın bayatıları xüsusi araşdırılmağa layiqdir. Çünki bu bayatıların çoxu Allah, peyğəmbər, peyğəmbərin əshabələri, Kərbəla müsibəti, imamlar və görkəmli din xadimləri haqqındadır. Bir neçə bayatını nəzərdən keçirməklə el şairi Zeynəb Alıhüseynqızının mənəvi sərvətinin hikmətini anlamaq mümkündür. Məsələn, Rüqəyyə haqqında deyilir:

 

Gözlərimdə gilə yaş,

Canımda həsrət, təlaş.

Rüqəyyəmə sözüm var,

Məni dinləyəydi kaş.

 

Ana haqqında olan bayatılar isə dini şeirlərin içərisində xüsusi yer tutur. Belə ki, bu bayatılar Kərbəla müsibətinə düçar olanların dilindən söylənilsə də, müstəqqil şeir nümunəsi kimi də diqqət çəkir. Bir neçə nümunə fikrimizi tamamlayır:

 

Ana dedin bir inci,

Ən qiymətli ləl, inci. 

Anadan inciyincə 

Elə gözündən inci.

 

Ana candan əzizdi, 

Bənövşədi, nərgizdi. 

Anası olmayanlar 

Dünyada kimsəsizdi.

 

Əzizim yeri, yeri, 

Aradım göyü, yeri. 

Tapmadım ki ana tək 

Cahanda huri pəri.

 

Aşıq qəlbim yuxadı,  

Nə dedilər toxandı.

Fələk aldın anamı, 

Əllərimdi, yaxandı.

 

Ananın adı şirin,

Sevgisi, odu şirin.

Ay sənə qurban olum,

Səndən hardadı şirin?!

 

Aşıq, dərdim başdadı,

Ömür yolum daşdadı. 

O gün qaldım anasız,

Qara günüm başdadı.

 

Əzizim qəmli dünya,

Buludlu, çənli dünya.

Ana dedim, göründün

Gözümdə nəmli dünya.

 

Əzizim yaman ağlar,

Ürəyi yanan ağlar.

Anasız qalan bala

Elə hər zaman ağlar.

 

Qardaş haqqında bayatılar da Zeynəb Alıhüseynqızının bədahətinin məhsuludur. Bu bayatılar vaxtında qələmə alınmasa, it-bata düşər və bundan folklorumuz çox şey itirər:

 

Qardaş demə daş ağlar,

Kiprik ağlar qaş ağlar.

Gəzib görməz qardaşı,

Gözlərim qan-yaş ağlar.

 

Divar qalıb, daş qalıb,

Qardaş, yerin boş qalıb.

Vaxtsız gedən qardaşın

Bacısı çaş-baş qalıb.

 

Qardaş mənim elimdi,

Gülümdü, bülbülümdü.

Qardaş, qardaş, deməkdən

Dilim dilim-dilimdi.

 

Qardaşın məzar daşı, 

Bacı başının daşı.

Yuyar qəbir torpağın

Bacı gözünün yaşı.

 

Amandı hay xəbəri, 

Söyləmə hay xəbəri.

Bacılar eşitməsin 

Qardaşın vay xəbərin.

 

Zeynəb Alıhüseynqızının yeni kitabının oxucular tərəfindən seviləcəyinə inanıram. Onun şeirlərindəki yerinə düşməyən misralar və uzlaşmayan qafiyələr gördüyü böyük işin müqabilində kəm-kəsir sayılmamalıdır. Nəzərə almaq lazımdır ki, bu şeirlər dini məclislərin ruhuna uyğun olaraq bədahətən yaradılıb.

Zeynəb Alıhüseynqızı övladları üçün böyük bir mənəvi miras qoyur. Bu miras dünyanın bütün var-dövlətindən dəyərlidir. Bu miras həmişə, hətta özü dünyada olmayanda da övladlarını haqq yoluna səsləyəcək və onların həyatına Günəş kimi işıq saçacaq.

Zeynəb Alıhüseynqızının iki poetik toplusu nəşr olunub. “Nə qədər sualım cavabsız qalıb” toplusu 2017-ci ildə, “Allah, məni əhli Beytə dost eylə” toplusu isə 2018-ci ildə işıq üzü görüb.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

Share: