Baş həkim: – Sən əlilik qrupu alsan, mənim kişilik də payım yoxdur…

Müstəqil.Az saytının elektron poçtuna Ucar rayonun Qazyan kənd sakini Həmidov Zaur Faiq oğlunun yaxınları müracitə ünvanlayıb. Müraciətdə Zaurun 2015 – ci ildən xəstələnməsindən bəhs olunur. Eyni zamanda da  Ucar rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlının xəstəyə qarşı soyuq münasibət bəsləməsindən söz açılır.

Artıq beş ildir xəstə olan və bədəninin aşağa hissələrinin quruması diaqnozu ilə yataq xəstəsinə çevrilən Zaur Həmidovla əlaqə saxladıq.

 

“2015-ci ildən xəstəyəm. Yeriyə bilmirəm, İnsult da keçirmişəm. Xəstəxanada yatmışam, əlimdə epiqirizm də var. Mən nəinki əmək qabiliyyətimi itirmişəm, heç normal hərəkət də edə bilmirəm. Allah kasıbçılığın üzünü qara etsin, əlimizdə bir şey yoxdur ki, baş həkimin könlünü xoş edə bilək. 2017- ci ilin noyabr ayından ağrılarım daha da şiddətləndi. Yenidən xəstıxanda müalicə olundum.Həkimlər mənim müalicəmin mümkünsüz olduğu qərara gəldi. Yenidən el arasında adına “Ftek” deyilən, Tibbi-sosial ekspert komissiyasının Ucar rayon şöbəsində. Yoxladılar, sən əlilsən, amma gərək rayom mərkəzi xəsətəxanası forma 88 -i tam doldurmalıdır. Əlimizdə qanuni sənəd olmalıdır. Xəstəxananın baş həkimi də deyir ki, Mən Ağsudan durub bura baş həkim gəlməmişəm ki, sizin nazınızla oynayam.

Məcbur qaldım Ölkə başçısı, cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident  Mehriban xanıma müraciət edəm. Müraciətimə cavab gəldi ki, aidiyyatı orqanalara araşdırılmaq üçün göstəriş verilib. Cavam məktublarını götürüb Bayaramlı Zeynalın yanına gəldim. Baş həkim, ölkə başçısına müraciət etdiyimi bildikdən sonra əsəbləşdi, get,  Prezident sənə əlililik versin, – dedi. Nə qədər ki, mən burdayam sən o qrupu alsan mənim kişilik də heç payım yoxdur.

O vaxtdan əziyyət çəkiurəm, məgər baş həkimin kişilikdə payı olması üçün mən əmək fəaliyyətimi itirdiyim halda əlillik adı almamalıyam?”

Haqlı sualdı. Ümüd edirik ki, əlaqədar təşkilatlar -Əmək və Əhaliyə Sosila Müdafiə nazirliyi,  Səhiyyə nazirliyi, Ucaq rayon İcra hakimiyyəti məsələ ilə bağlı hansısa addıma atacaq. Daha xəstənin Bayramlının,  Get sənə əlilliyi Pezident versin tövsiyyəsinə ehtiyac qalmayacaq.

P.S. Müstəqil.Az qarşı tərəfin də cavab haqqını tanıyır.

 

 

Müstəqil.Az

Share: