ASCO-nun gəmiləri mütəmadi dezinfeksiya edilir

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Qarabağ”, “Dağıstan”, “Kapitan Ağasiyev”, “Barja-701”, “Abşeronskaya-5”, “Orion-26”, “Orion-4”, “Ramiz Haciyev”, “Qaradağ-15”, “STB-1”, “Vadim Seyidov”, “Məmməd Süleymanov”, “Qaradağ-10” gəmilərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Müstəqil.Az

mənbə:“Seanews.az”

Share: