Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum

Kamalə ABİYEVA

Azərbaycanın Xalq rəssamı (1964), Dövlət mükafatı laureatı ( 1965) Maral Rəhmanzadə professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadındır. Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.

Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirdikdən sonra 1934 – 1940 – cı illərdə Moskvada Surikov adına Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M.Rəhmanzadə Moskvadan Bakıya qayıdır və həyatına, yaradıcılıq fəaliyyətinə doğma şəhərində davam edir.. Bakıya qayıdan gənc rəssam elə həmin ildən “Maral Rəhmanzadə” imzalı əsərlər silsiləsi yaratmağa başlayır.

Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr verən mahir fırça ustasının müxtəlif mövzulu əsərləri mədəniyyətimizin tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olub.

Maral xanım qrafika sahəsində xüsusilə məhsuldar çalışıb. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilir.

Rəssamlarımızın əsərlərində qadın gözəlliyinin tərənnümü - AZƏRTAC ...ressamliq: 2013-02-17

Maral xanım kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Rəssam M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların da müəllifidir.Həmçinin bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır.

Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Kənd həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin başlıca mövzusudur (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan”).

Şəkil:Maral Rəhmanzadə - Natəvan.JPG — VikipediyaQuba-Xınalıq marşrutu turistlər arasında populyardır

Maral Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib. Silsilə qravüralar yaradan rəssamın əsərləri London, Moskva, Nyu-York, Paris, Roma, Tokio və dünyanın bir çox məşhur şəhərlərinin muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilib. Onun xaricdə də dəfələrlə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib, Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirib.

Dünyaşöhrətli Azərbaycanın ilk profesional qadın rəssamı 1916 – cı il 23 iyulda Bakıda dünyaya gəlib.

Öz rənglər aləmiylə ömrümüzə rəng qatan Maral Yusif qızı Rəhmanzadə 2008 – ci il martın 18-də cismən bizdən ayrılsa da, hər çiçəyin rəngində yaşayır.

AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİMaral Rəhmanzadə. Laçın, Qurtac kəndi 1905.az

qadinkimi.com

62 baxılıb
Paylaş
mersin escort