Fərqanəni deyirəm, eyyy, ölümü məni sarsıtdı

(Fərqanə xanımın əziz xatirəsinə)
 
Bu gün yaxşı gün olmadı,
Bu gün hər günü sarsıtdı!
Bu səs yaxşı ün olmadı,
Bu səs hər ünü sarsıtdı!
 
Bakıdan süz Gədəbəyə,
Süz, könül üz Gədəbəyə,
Salyandan düz Gədəbəyə,
Hər yolu-yönü sarsıtdı!
Bulud axıtdı göz yaşı,
Çinarın əyildi başı.
Laçındakı dağı-daşı,
Dumanı, çəni sarsıtdı!
 
Keçib-gedən, dərd ötüşən,
Qaynayan, yara bitişən,
Zəmisində söz yetişən,
Sünbülü, dəni sarsıtdı!
Bulud axıtdı göz yaşı,
Çinarın əyildi başı.
Laçındakı dağı-daşı,
Dumanı, çəni sarsıtdı!
 
Keçib-gedən, dərd ötüşən,
Qaynayan, yara bitişən,
Zəmisində söz yetişən,
Sünbülü, dəni sarsıtdı!
 
Ha qaçam, ha yüyürəm, eyyy,..
Ya göz yaşı eyirəm, eyyy,..
Fərqanəni deyirəm, eyyy,..
Ölümü məni sarsıtdı!
 
Sahib Camal
 
 
Share: