İqbal Ağazadə: “Bütün tibb personalı qarşısında baş əyirəm!”

“Dəyərli Bəhram Bağırzadə, yumorunuz, gülüşünüz hamıya məlhəm olduğu kimi inanıram ki, bizim də dualarımız sizə məlhəm olacaq!”

Ümid Partiyasının sədri İqbal Ağazadə Koronavirusa yoluxmuş bütün xəstələrə Allahdan şəfa diləyib: “Bütün xəstələrimizə şəfa diləyirəm. Dünyasını dəyişənlərin doğmalarına səbr arzulayır, Allah rəhmət etsin deyirəm. Bu virusla mübarizədə əməyi keçən hər kəsə təşəkkür edir, bütün tibb personalı – həkimlərimiz, tibb bacılarımız, xəstə baxıcılarımız qarşısında baş əyirəm. Dayanmadan, fasiləsiz, öz sağlamlıqlarını belə riskə atmaqdan çəkinmədən gecə-gündüz çalışan tibb personalına nə qədər təşəkkür etsək, azdır”.
İ. Ağazadə Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin də tez sağalmasını arzulayıb: “Dəyərli Bəhram bəy! Sizin üçün dua edirik. Yumorunuz, gülüşünüz hamıya məlhəm olduğu kimi inanıram ki, dualarımız da sizə məlhəm olacaq. Tez sağalın. Yolunuzu gözləyən doğmalarınızla yanaşı, sizi sevənlər də var. Biz çoxuq, lap çox. Dualarımız sizi sağlığınıza qovuşdurmağa yetəcək. Buna inanırıq”.
 
Partiya sədri tibb personalına bir daha təşəkkür edərək bu sözləri deyib: “sizlər sabah torpaqlarımızı işğaldan azad edərkən də əsgərlərimizlə bərabər səngərdə olacaqsınız. Virusa yoluxmuş xəstələrimiz sizə əmanətdir, onlarla yanaşı sizlərə də dua edirik. Hər birinizi bağrıma basıram!”.
Müstəqil.Az
 
 
Share: