Səadət QƏRİBİN yeni şeirləri…

Deməli 50  il keçdi ömürdən

Demək, əlli yaşla vidalaşıram,
Deməli əlli il keçdi ömürdən.
Sevgidən yoğrulmuş ürəyimlə mən
Qorxmuram nə yaşdan, nə də ölümdən.
 
 
İllər harayimda sükuta dönüb,
Sarsılmış xəyallar qınağındayam,
Görən yox içimdə böyük sevgini,
Bəlkə də Allahın sınağındayam.
 
 
Kədərli rəqəmlər yaman boylanir,
Fikirli- fikirli baxır gözümə.
Bilmirəm ağlayım, bimirəm gülüm
Həyat sehvlərimi vurdu üzümə.
 
Pəlengtək nərəsin çəkəndə ürək
qulağım kar olub onun səsindən.
Meydan oxuyanda duyğular mənə,
qurtula bimədim ,eşq pəncəsindən.
 
 
İçimdə yaşayan ərköyün qızla,
Dil tapa bilmədim, dincliyim bitdi.
Bəzen də mənimlə ağladı zaman,
gözümdə canlanan gəncliyim bitdi.
 
 
Bu günsə bir başqa kövrək nəğmeyəm
sözləri “ bəlkə” dən,” kaş” dan ibarət.
Bu nəğmə çılpaqdır ,bəstəsi də yox
Nəğmənin xetası olub ” nəqarət.”
 
Əlli qış, əllı yaz, əlli payızım
Hay vurdu, qıy vurdu ,fələk önündə.
Hünərlə “əlli il” çıxdı döyüşdən
Hökmünü göstərdi həyat eşqimdə.
 
Ürəyim sevgidən səksəkədədi,
Yenə də səngimir dəcəl arzular,
Gəncliyim ovcumdan uçub getsə də,
Heç zaman qocalmaz sevilən “ qizlar” .
SEVGİM
 
Könlümdə açılıb yaz çiçəkləri,
Qızılgül, bənövşə,lalə, yasəmən.
Bələdçim ürəyim, ümid diləyim,
Gəlmişəm sevgimlə hüzuruna mən.
 
Ürəyin köksümdə əmanətimdi,
Bəslədim hey onu məhəbbətimlə.
Bir gün qovuşarsam əbədiyyətə,
Bil ki, gedəcəyəm sədaqətimlə.
 
Sanma ki, sən yoxkən, sənsiz yaşadım,
Həmdəmim, çox idi, çox idi onlar,
Anlar, xatirələr bir də xəyallar-
-Onlardan savayı başqa kimim var.
 
Bir qəlbdə nə qədər arzu, kam yatar,
Dəniz dalğasıtək coşub çağlayan.
Yelkənsiz qayıqtək yolun azanda,
Körpə uşaq kimi dolub ağlayan.
 
Daha şeirlərim dil aça bilmir,
İçində əridir eşq kəlməsini.
Qoy sənə sevgimi gözlərim desin,
Eşit bu könlümün həzin səsini.
 
DÜNYANIN ƏN KASIB BƏNDƏSİYƏM MƏN
Bilirsən, qəlbimi tərk edən gündən
Bu canım boşluqda yaşıya bilmir.
Beşikkən məzara dönən bu ürək
O ölmüş sevgimi daşıya bilmir.
Sən ülvi sevgimi dara çəkmisən,
Əzabla, acıyla inləyən ürək.
Gör məni haradan, hara çəkmisən
Ay məni gah öyən, gah döyən ürək.
Var-dövlət bilirdim səndə eşqimi,
Sanırdım dünyanın ən zənginiyəm.
Məhəbbət iflasa uğrayan gündən –
Dünyanın ən kasıb bəndəsiyəm mən.
 
ŞƏHİD VƏ ANASI
Ağlama, ay ana, qurbanın olum,
Oğlun ucalıbdı Şəhid adına.
Tək bir göz yaşına dözə bilmirəm,
Bilmirəm mən çatım necə dadına.
Vətəni sevdirib şəhidlər bizə,
Vətənçün fədakar olmaq gərəkdir.
Vətəni öp ana, qoy gözün üstə
Ağlama, ağlama, bu bir şərəfdir.
Daha çox düşməni məhv edəcəyik,
Bu yolun könüllü qurbanlarıyıq.
Son damla qanımız tökülsə belə,
Hər şəhid qisasın biz almalıyıq.
Hələ də Qarabağ gözləyir bizi,
Bu ad yaddaşlara əbədi hopub.
Ağlama, can ana, sən düşünmə ki,
Ruhumuz torpaqdan əbədi qopub.
Şəhid anasısan, məğrur dayan sən,
Fəxr elə oğlunla, bu, bir zinətdir.
Vətənçün, torpaqçün ölən hər kəsə,
Mükafat olaraq yeri cənnətdir!
 
GEDİRƏM BU ŞƏHƏRDƏN
Arxamca bir şəhər xatirə qoydum,
Əliboş gedirəm ürəyim kimi.
Ona ehtiyacım olub həmişə
Gah suyum, gah duzum, çörəyim kimi.
Məsum körpə kimi kimsəsiz qaldım,
Şəhər ögeyləşdi, yadlaşdı mənə.
Təklikdə çəkmişəm çox həsrətini,
Dönəydim kaş ona, dönəydim yenə.
Şəhərin səsi də sanki batıbdır,
Üzünü qar tutub, rəngi ağarıb.
Başını Xəzərə qoyub, yatıbdır
Onu qış yuxusu çoxdan aparıb.
Qəlbimi üşüdən qış fəsli deyil,
Acı taleyimə o çoxdan gəlib.
Daha bu şəhərdə kimim var mənim,
Sevgim ölən gündən şəhərim ölüb.
Əlvida ey şəhər, gedirəm səndən,
Bir zaman salmışdım səni qəlbimə.
Səni sevdiyimlə sevdim bərabər,
İndi ikiniz də yadlaşdız mənə…
 
CANIM ANAMA
 
Pis günün ömürü az olar dedik,
Amma ki, xoş bir gün görmədin ana.
Külək saçlarını yollara səpdi,
İllərcə onları hörmədin, ana!
 
Zamanın ağrısı sinənə çökdü,
Əzablı günlərin boynuna yükdü,
Allaha şükr olsun, Allah böyükdü,
Ne qədər dərd çəkdin, demədin ana!
 
Alıb dizlərinə laylalar dedin,
Menim o qəriblik dərdimi yedin,
Allaha sübhedek dualar etdin,
Ay, cəfakeş, ana, ay, mətin, ana!
 
Dünya boyda derdin bitmedi heç vaxt
Gülmedi üzüne evvelden heyat
Ümidden toy etdin, arzudan büsat
Neğmedir her sözün, söhbetin ana..
 
Ümman sevgi verdin her birimize
Nemetsen, servetsen sen ömrümüze
Dözdün acılara ,qıymadın bize ..
Eks olunur her an zehmetin ana….
 
Heç zaman getmesin emeyin bada
En uca sevgiye , en uca ada
Dilimin ezberi sensen dünyada
İnşAllah bitecek möhnetin ana…
Yaşın çoxaldıqca yaşarır gözüm
Yene tab getirmir qelemim, sözüm
Ellinden min kere öpürem özüm..
Mene bes varlığın, şefqetin ana..
 
 
ÜMİD YAĞIŞI
 
Doğan Günəş ilə oyandım bu gün,
Yatmış arzularım birdən oyandı.
Unutdum kədəri, unutdum qəmi,
Gözümdə təbiət nura boyandı.
 
Quşların nəğməsi aldı könlümü,
Bir ümid yağışı yağdı gözümdən.
Sanki heç olmamış yazım, baharım,
Ömrümün amansız qışı üzündən.
 
Dərindən ah çəkib, aldım içimə,
Baharın ətrini, susamış kimi.
İllərdi həsrətəm gözəlliklərə,
Məhbəsdə bir ömür yaşamış kimi.
 
Uzaqdan bu anda, bir nəğmə duydum,
Bir sevda nəğməsi məni səsləyir.
Bir sevgi atəşi doldu qəlbimə,
Yenidən sevməmə ümid bəsləyir.
 
Yarəbbi, hər kəsin ömrünə yağsın,
Bir inam yağışı, bir eşq naxışı.
Elə bir yağış ki, lap leysan olsun,
Yağsın dolu kimi ,”ÜMİD YAĞIŞI”.
 
SÖZSÜZ NƏĞMƏM
 
Mənim bir nəğməm var sözləri yoxdur,
O sözsüz nəğmənin bəstəkarı mən.
O həzin musiqi, o sözsüz nəğmə
Süzülür qəlbimin dərinliyindən .
 
Hələ ki, duyan yox sözsüz nəğməmi,
Məni anlamayan deyər-dəlidi.
Bir pərdə üstündə dinər ürəyim,
Belə nəğmə olar?…Çox gülməlidir.
 
Kaman bu nəğməmi çalsa ağlayar,
Zildə fəryad edər, bəm də qəm tökər.
Tarı dindirməyin, qıymaram ona,
Mizrab qeyzə gələr, simləri sökər.
 
O sözsüz nəğməmə söz yazammadım,
Çünki ,o nəğməmə acizdi söz də.
Bu qəmli, nisgilli eşq nəğməsinin,
Səsi könüldədi sözləri gözdə.
 
SƏNİ ÖZÜNDƏN ÇOX SEVƏNİN VARSA
 
Nəşə də gözəldi, qəm də gözəldi,
Səninlə ağlayıb, gülənin varsa.
Bulud tək çağlayıb yağmağa nə var,
Əgər ki, göz yaşın silənin varsa.
 
Bir könül ağrısın “dərməyə” nə var,
Dərdini gün üstə sərməyə nə var,
Bir canı yar üçün verməyə nə var,
Əgər ki, qədrini bilənin varsa.
 
Ürək sirr otağı, alınmaz qala,
Həsrət sevənlərçün şirin bir bəla,
Həsrətin yanında vüsal da ola,
Hicran da gözəldi, gələnin varsa.
 
Ömür keşməkeşli, dərdlər ocağı,
Ölüm də bir yandan açır qucağı,
Şirindir hər eşqin son ömür çağı,
Sevginə bir ağı deyənin varsa.
 
Ürək qidasıdır sevgi-məhəbbət,
Bir azca nəvaziş, bir azca şəfqət,
Bax, odur yaşamaq, odur səadət,
Səni özündən çox sevənin varsa!..

 

A bəxtim səni mən harda axtarım

Və ya boş çərçivə

 
Gələndə özüylə nə gətirdisə
Gedəndə hər şeyi aldı əlimdən.
Qəlbimə çəkdiyim portretini,
Artıq çıxartmışam çərçivəsindən.
 
 
Silmişəm, adı yox xatirələrdə,
Çəkdiyim acilar gəlməz günaha,
Qəlbimdən asılmış boş çərcivəyə,
Bir daha şəklini qoymaram daha.
 
Bəlkə də eşqimin gözü tutulub,
Bəlkə də qocalıb, esada gəzir,
Üz tutdum yalvardım, sordum Rəbbimə,
Dedi ruhun ölüb, burda ne gəzir?!
 
A bəxtim, burnumun ucu göynəyir,
Səni harda gəzim, harda axtarım,
Səni gəzmədiyim bircə yer qalıb,
Son evim, son yuvam , o son məzarım.

 

Eşqim

Eşqimdən yazacam şeir diliylə,
Eşqimin dilinden söz almış kimi.
Alnımın şeiri ele yazılmış
Lap əruz vəznində yazılmış kimi.
Eşqim vəfalıdır, tutmuş sözünü,
Hər zaman demişdir sözün düzünü.
Yanıb-yaxılanda asmış özünü –
Gözümdən damlalar asılmış kimi.
Eşqimə ağlım da çaşıb mat qalıb,
Duyğu dənizimdə o haray salıb,
İlk gündən qəlbimi əlimdən alıb –
Döyüşdə zəfəri qazanmış kimi.
Eşqimin gözləri duman, çənimdir
Ruhumun saçına düşən dənimdir.
Ölsə də, qalsa da bu eşq mənimdir –
Məzarı qəlbimə qazılmış kimi.
 
İNCİMƏ ÜRƏYİM
 
İncimə ürəyim,
səni çox incitmişəm,
Səni gözlərimin önündə
sanki heç görməmişəm .
Nə gündüzün gündüz olub ,
nə gecən gecə
dərd vermişəm gizlicə,
Hıçqırıqla döyünmüsən ,
yanmısan, yaxılmısan.
Hər dəfə dərd, qəm çəkib
bir küncə sıxılmısan.
Daha istəmirəm ki mən,
alışasan, yanasan,
Bir daha dərd, qəm olan
tərəfə boylanasan.
İçimde böyüyürsen,
İçimdə böyüyürsən
səninlə öyünəndə.
Sadəcə bir boşluğam,
sanki zaman dayanıb,
Bəzən elə sanıram
mənim gözümdə sevgi,
Səndəsə ruh oyanıb….
Bahar gəlmir bağıma,
xəzan olur duyğular ,
İçimi qurdtək yeyir
tükənməyən sorğular.
Yalnız azan səsində
tapıram mənliyimi.
Səni sevirəm, Allah,
Mənim ürək səsimlə
tanıtdın kimliyimi!…
 
 
 
MƏN BİR HƏYAT HEKAYƏSİ
 
Men bir heyat hekayesi,
yazilmamiş bir əsərem,
oxunmamış bir üreyem,
Açılmadan solan çiçek..
 
Men bir heyat hekayesi…
bu heyatla ne dostlaşa ne düşmen ola bilirem.
Ne sevgiyle,
ne sevgisiz
Nə sənsiz qala bilirem…
Acilara alışmışam,
sarsılmışam,
cox yanmışam…
Derdlerime sarılmışam…
 
Mən bir heyat hekayesi…
Neçə-neçə kədər yatır,
üreyimin ilğım-ilğım
görünməyən tərəfində.
Həsrətimin parçalanmış
baş daşını gizlətmişəm
gözlərimin açılmayan
duman dolu səhərində.
 
Mən bir heyat hekayesi…
gecə gündüz çeynədiyim
Ne uda, ne de unuda bildiyim
vüsalının əsiriyəm.
Nə Leyliyəm nə Əsliyəm,
Mən yeni sevgi nəsliyəm.
 
Mən bir həyat hekayəsi…
Öz içində dustaq olan
heç vaxt yaza bilmediyim
eşqin bulanıq tamıyam.
Bu qaranlıq zil gecənin
İlıq baxışlarındakı
soyuq sevgi dastanıyam.
 
Mən bir həyat hekayəsi…
Yıpranmamış həsrətimin
qəhərini uda -uda,
Taleyimin tellərinə
sığal çəkib oxşamışam.
İçimdeki duyğulara
Ürəyimdə məzar qazıb
neçe-neçe şeirləri
bircə-bircə basdırmışam.
 
Men bir heyat hekayesi…
Odu sönmüş tənha ocaq…
Bu gün məni duymayanlar
Bir gün məni oxuyacaq.
Oxuyacaq, anlayacaq…
Amma onda gec olacaq…
Amma onda gec olacaq…
 
 
Share: