Göyçayda suda boğulan 10-cu sinif şagirdinin cəsədi tapıldı

Göyçayda suda boğularaq dünyasını dəyişən 10-cu sinif şagirdinin cəsədi tapılıb.

 

Müstəqil.az xəbər verir ki, rayonun Aşağı Qaraməryəm kənd sakini, 16 yaşlı Cəbiyev İsmayıl Mehrah oğlu 3 gün öncə Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Onun meyitinin tapılaraq sudan çıxarılması üçün dərhal əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb edilib. Suda axtarış işləri bu gün başa çatıb. Mərhumun meyiti suda batdığı yerdən bir kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.

 

Müstəqil.Az

Share: