FHN 16 yaşlı oğlanın meyitini axtarır – Foto

Bir neçə gün bundan əvvəl suda boğularaq dünyasını dəyişən yeniyetmə oğlanın axtarışları davam etdirilir.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, mayın 31-də Göyçay rayon Aşağı Qaraməryəm kənd sakini, 16 yaşlı İsmayıl Mehrah oğlu Cəbiyev Yuxarı Şirvan kanalında çimərkən boğulub.

Meyitin tapılıb sudan çıxarılması üçün əraziyə cəlb edilən FHN-nin Aran dalğıc axtarış qrupu hazırda axtarışlar davam etdirilir. Kanalda suyun iti axmasi və lilli olması axtarış işlərinə mane olur.

Müstəqil.Az

Share: