İranda koronavirusa yoluxanların sayı 158 minə çatır

İranda daha 3 117 nəfərdə koronavirus aşkarlanıb, bununla da infeksiyaya yoluxanların sayı 157 562-yə çatıb.

Müstəqil.AZ bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Onun sözlərinə görə, ölkədə mülaicə alan daha 64 nəfər ölüb və pandemiya qurbanlarının sayı 7 942 nəfərə yüksəlib.

İndiyədək 123 077 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Hazırda müalicə alan 2565 pasiyentin vəziyyəti ağırdır.

Müstəqil.AZ

Share: