Rusiyada koronavirusdan daha 182 nəfər öldü

Rusiyada son sutka ərzində daha 8863 nəfər yeni növ koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 423 741-ə çatıb.

RİA Novosti xəbər verir ki, bir gün ərzində virusa yoluxmuş daha 182 xəstə ölüb.

Rusiyada koronavirusdan ölənlərin ümumi sayı 5037 nəfərdir.

İndiyə kimi 186 985 xəstə sağalıb.

Müstəqil.AZ

Share: