DYP-nin “Ekologiya postu” sökülür

Bakı-Sumqayıt yolu üzərində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin “Ekologiya postu”nun söküntüsünə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev təsdiqləyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə APA-ya açıqlamasında deyib ki, artıq həmin ərazidən bir az geridə post üçün yeni bina inşa edilib.

Müstəqil.AZ

Share: