İcra başçısının şok sərvəti açıqlandı – Siyahı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir-birinin ardınca müxtəlif dövlət orqanlarında əməliyyatlar keçirməsi və rüşvətxor, aztəminatlı ailələrə göstərilən dövlət yardımına belə göz dikən icra başçılarının həbs edilməsi, onların rüsvayçı əməllərinin çəkilərək, nümayiş etdirilməsi böyük rezonans doğurub.

Müstəqil.Az xəbər verir ki, bu, Prezidentin rüşvətxorluğa qarşı qətiyyətli iradəsi, eyni zamanda DTX-nın əvvəlki hörmətini özünə qaytarmaqla, xüsusi peşəkarlığı olaraq qiymətləndirilir.

Paralel olaraq isə mediada icra başçıları ilə bağlı məlumatlar tirajlanaraq, bunlara diqqət çəkilməsi istənilir.

Külli miqdarda sərvətə sahib olması barədə məlumat yayılanlardan biri də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.

Musavat.com V.İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektlərinin siyahısını təqdim edib:

1. Bakı, A.Bakıxanov-39 ünvanında mənzil

2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil

3. Şərq küçəsi, ev 11 B ünvanında mənzil

4. Oğluna 100.000 manatlıq çayxana

5. Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv/metr olan dükan

6. “Ana və Uşaq” kafesi

7. Təchizat BCS MMC şirkəti

8. Bərdədə ikimərtəbəli mağaza

9. Mixaylovka kəndində imarət

10. Ağcakənddə ikinci böyük villa

11. Xətai rayonu, Babək prospektində dörmərtəbəli 2 ayrı-ayrı malikanə

12. Bərdədə Heydər Əliyev parkında kafe

13. Yevlaxda əzəmətli villa

14. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri

15. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər

V.İsayevin kifayət qədər bahalı olan “Toyota Prado” (90 GP 555 dövlət nişanlı) və Mercedes G63 AMG avtomobilinə, həmçinin Rusiya və Türkiyədə biznes və obyektlərə sahib olduğu da bildirilir.

Zəruri olaraq bir məqamı da xatırladaq ki, V.İsayevin Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin Bərdə şöbəsinə hər ay yerli qurumlar tərəfindən pul köçürülməsini tapşırdığı da bildirilir. Nəticəsə isə bu quruma hər ay 10 min vəsait yığılır. Həmin vəsaitin hara və necə xərcləndiyi haqda heç bir məlumat yoxdur.

Müstəqil.Az 

Share: