Rus yazıçı Krılov vəfat etdi

Rus yazıçı və millətçisi Konstantin Krılov Moskvada dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Krılovun həyat yoldaşı Nadejda Şalimova öz feysbuk hesabında açıqlama verib. 52 yaşında vəfat edən yazıçının ölüm səbəbi dəqiqləşdirilməyib.

Xatırladaq ki, aprelin 20-də insult keçirən Krılov Botkin adına xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilirdi.

Qeyd edək ki, Konstantin Krılov bir sıra kitabların, o cümlədən “Davranış”, “Milli davranışın xüsusiyyətləri”, “Vaxt yoxdur” və “Şeytanları qovmaq” kimi publisistik əsərlərin müəllifidir. O, mülayim rus millətçiliyinin aparıcı ideoloqlarından biri kimi tanınırdı.

2012-ci ildə Rusiya müxalifətinin koordinasiya şurasına seçilmişdi.

73 baxılıb
mersin escort