Rus elitası Putini devirməyə hazırlaşır – Kəşfiyyat

Rusiyaya sərfəli olmayan vəziyyət – neft qiymətlərinin ucuzlaşması, koronavirus pandemiyası, işsizliyin artması ucbatından Prezident Vladimir Putinin hakimiyyəti zəifləyib və bu onun üçün elitanın üsyanı ilə bitə bilər.

Müstəqil.Az  xəbər verir ki, bunu Ukrayna xarici kəşfiyyatının ehtiyatda olan general-leytenantı Vasili Boqdan deyib.

“Hazırda Putin haradasa öz bunkerində, tam təcrid olunmuş formada gizlənir. O, bundan sonra nə edəcəyini fikirləşir. Rusiyanın maliyyə yastığı tezliklə əriyəcək. Xüsusilə, ABŞ Prezidenti Donald Trampın öz tərəfdaşları ilə birgə Rusiyanı neft bazarından çıxarmağa hazırlaşdığını deməsi, Kremli uğursuzluqla təhdid edir. Putin üçün belə situasiyanın ciddi nəticələri olacaq. Saray çevrilişi belə baş tuta bilər. Rusiya elitasının artıq bir hissəsi də işlərin belə vəziyyətdə olmasından narazılığını dilə gətirir”, – deyə o bildirib.

İlkin Mete

Share: