Koronavirusun ölümcül simptomuna qarşı dərman tapıldı

Fransalı tibb işçiləri klinik sınaqlar zamanı koronavirusun ölümcül simptomuna qarşı vasitə tapıblar.

Bu barədə TASS “Assistance publique – Hopitaux de Paris” təşkilatına istinadla xəbər yayıb.

Belə ki, revmatoid artrit əleyhinə sınaqdan keçmiş preparatların koronavirus səbəbindən yaranan potensial ölümcül simptoma – hipersitokinemiyaya qarşı mübarizədə effektivliyi müəyyən olunub.

Hesab edilir ki, bu simptomun müşahidə olunduğu pasiyentlər kəskin respirator çatışmazlıqdan əziyyət çəkirlər.

Tədqiqatda 129 pasiyent iştirak edib. Onlardan 65-i adi müalicə ilə yanaşı, bu preparatı qəbul edib, digər 64 nəfər isə nəzarət qrupu rolunu oynayaraq, ancaq adi müalicə alıb.

Müşahidələrin yekununda məlum olub ki, ikinci qrupdan olan pasiyentlərin vəziyyəti daha ağır olub.

Share: