7 ölkəni işğal etdik, növbə İranındır – Şok açıqlama

Strateji əhəmiyyətinə görə, xüsusən də neft və digər iqtisadi qaynaqlara sahib olduqları səbəbindən Orta Şərqdə 7 ölkəni işğal etmək məcburiyyətində qaldıq.

Müstəqil.Az xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, indi də növbə İranındır:

“İranı işğal etmək üçün yalnız bir addım qalıb”.

Sabiq dövlət katibi, həmçinin qeyd edib ki, Çin və Rusiya yuxudan oyananda Üçüncü Dünya müharibəsi başlayacaq:

“Sadəcə iki supergüc – İsrail və ABŞ zəfər qazanacaq. İsrail bütün qüvvəsi ilə müharibə aparmağa məcbur olacaq. Silahlarından çoxlu sayda ərəb öldürmək və Orta Şərqin yarısını işğal etmək üçün istifadə edəcək”.

Samir Soltanov

Share: