Operqərargah toplanır: Məktəblər açıla bilərmi?

Bu gün saat 17:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsillə bağlı keçiriləcək brifinqi məktəblərdə tədrisin başlanması məsələsini gündəmə gətirib. İlkin yumşalmanın ardınca məktəblərdə tədris bərpa oluna bilərmi?

Müstəqil.Az bildirir ki, bu barədə Axar.az-a açıqlama verən ölkəmizin baş infeksionisti Cəlal İsayev deyib ki, məktəblərin açılması hələ təhlükəlidir.

“Ancaq hazırda duruma baxılır, vəziyyət dəyərləndirilir. Mayın 4-dən sonra bu barədə düşünmək olar”, – C.İsayev bildirib.

C.İsayev qeyd edib ki, mayın 4-nə qədər durum indiki kimi davam edərsə, məktəblərin açılması gündəmə gələ bilər:

“Ancaq mən istənilən halda məktəblərin belə tezliklə açılmasının tərəfdarı deyiləm. Mayın 15-20-dən sonra məktəblərin açılması barədə düşünmək olar. O zaman artıq müəyyən mənada epidemiyanın gedişatı xeyli aydınlaşacaq. Ondan sonra qəti qərar qəbul etmək olar ki, məktəblər açılsın, ya yox”.

Nigar İxtiyarqızı

Share: